Skip links

Türkiyədə qiyabi təhsil

Köklü bir tarixə sahib Türkiyə; şərqlə qərbin kəsişməsində yerləşən və son dərəcə mühüm strateji mövqeyə malik bir ölkədir. Son illərdə inkişaf edən iqtisadiyyatı ilə Türkiyə müxtəlif irəliləyişlərə imza atmış və beynəlxalq tələbə mobilliyindən daha böyük pay almağa başlamışdır. Türkiyə dövlətində təhsil almağı düşünən tələbələr universitetlərdə daim inkişaf etməkdə olan təhsil mühiti tapacaqlar. Türkiyə dövlətinin universitetləri yüksək keyfiyyətli təhsil sisteminə, ən son texnologiyaya və müasir avadanlıqlara sahib olmaqla, nüfuzlu və prestijli universitetlər sırasında öz yerini almışdır. Buna səbəb isə Türkiyə dövlətinin təhsil sahəsində atdığı uğurlu addımlardır.

Bundan əlavə, Avropa ölkələrində də tətbiq olunan qabaqcıl Bolonya təhsil sistemi türk universitetlərində tətbiq olunmaqdadır. Türkiyə dövlətinin nüfuzlu universitetləri və yüksək keyfiyyətli təhsil sistemi təkcə azərbaycanlı tələbələri deyildə, dünyanın dörd bir yanından olan beynəlxalq tələbələridə özünə cəlb etməkdədir. 207 universitetə və 60.000-dən çox tədris proqramlarına sahib olan Türkiyə dövləti demək olar ki, tələbə dostudur! Universitetlərin və təhsil proqramlarının çoxluğu ilə hər bir tələbə özünə uyğun universitet və tədirs proqramlarını çox rahatlıqla seçə bilər. Hər bir universitetdə olan geniş kampus imkanları, sosial klubları və idman komandaları tələbə həyatının aktiv və sosial keçməsinə səbəb olur.

 

 

Türkiyə Universitetlərində Necə Qiyabi Təhsil Almaq Olar?

Türkiyə dövlətində distant təhsil “uzaktan eğitim” adlanaraq, 184 ali təhsil müəssisəsindən 68 universitet uzaktan eğitim təklif etməkdədir. Türkiyədə distant təhsil ilk dəfə 1950-ci ildə Ankara Universiteti Hüquq fakültəsinin işçiləri üçün xidmət işi çərçivəsində tətbiq olunmuşdur. Daha sonralar distant təhsil fəaliyyətləri genişləyərək, 1982-ci ildə Anadolu Universitetində distant təhsilin tətbiqi həyata keçirilməyə başlamışdır. İlk dəfə kompyuter dəstəyi vasitəsi ilə 2000-ci ildə İstanbul Bilgi Universitetinin MBA proqramlarında distant təhsil tətbiq olunmuşdr.

Türkiyə universitetlərində heç bir imtahan vermədən sadəcə attestat və ya bakalavr diplomunuz sayəsində qiyabi təhsil ala bilərsiniz. Smestr imtahanları zamanı, yəni 6 aydan bir Türkiyə dövlətinə gedib imtahanlarda iştirak etməyiniz lazım olacaqdır. Universitetlərdə illik təhsil haqqı qiymətləri isə 2000 tl, yəni 500 manatdan başlayır. Türkiyə universitetlərində qiyabi təhsil almaq üçün tələb olunan sənədlər isə bunlardır:

 

    • Attestat sənədinin təcümə olunmuş və notarial qaydada təsdiqi
    • Bakalavr diplomunun təcümə olunmuş və notarial qaydada təsdiqi
    • Rəsmi transkript sənədi
    • Şəxsiyyət vəsiqəsi
    • 3×4 ölçüdə 10 ədəd fotoşəkil

 

Təhsil Ala Biləcəyiniz Bəzi İxtisaslar:

 

    1. Menecment
    2. İşletme
    3. Halka ilişkiler
    4. Sosyoloji
    5. Moda Tasarım
    6. Sosyal Hizmetler
    7. Lojistika
    8. Bilgi Yönetimi
    9. Dış Ticaret
    10. Ekonomi
    11. Reklam
    12. Kamu Yönetimi

 

Türkiyədə Qiyabi Təhsil Ala Biləcəyiniz Universitetlərin Siyahısı

 

 

    1. Atatürk Universitesi
    2. Ondokuz Mayıs Universitesi
    3. Ege Universitesi
    4. Akdeniz Universitesi
    5. Yıldız Teknik Universitesi
    6. İstanbul Universitesi
    7. Kırklareli Universitesi
    8. Trakya Universitesi
    9. Bursa Uludağ Universitesi
    10. Konya Teknik Universitesi
    11. Mimar Sinan Universitesi
    12. Balıkesir Universitesi
    13. Necmettin Erbaka Universitesi
    14. Çanakkale Onsekiz Mart Universitesi
    15. Ankara Universitesi
    16. Batman Universitesi
    17. Kütahya Universitesi
    18. Ortadoğu Teknik Universitesi
    19. Selçuk Universitesi
    20. Muğla Sıtkı Koçman Universitesi

 

Qiyabi təhsil almağın üstünlükləri

Çeviklik: Açıq Təhsil tələbələrə təhsillərini öz vaxtlarına uyğunlaşdırmaq imkanı verir.

Xərclərin aşağı olması: Qiyabi təhsil digər təhsil seçimlərindən daha ucuzdur və tələbələrə özlərini maliyyələşdirmək üçün daha çox imkanlar təklif edir.

Əlçatanlıq: Qiyabi Təhsil tələbələrə internet üzərindən dünya miqyasında bir çox təhsil materiallarına çıxış təklif edir.

Vaxtın idarə edilməsi: Qiyabi təhsil tələbələrə təhsillərini digər sosial və peşə öhdəlikləri ilə balanslaşdırmağa imkan verir.

Öyrənmə üslubuna uyğunluq: Qiyabi təhsil tələbələrin öyrənmə üslublarına uyğun olan təhsil təklif etmək imkanı verir.

İş və ya iş həyatının davamı: Qiyabi təhsil işçilərin iş həyatını və təhsilini eyni anda davam etdirməsinə imkan verir.

 

 

Qiyabi təhsil fakültəsinə qəbul şərtləri

Qiyabi təhsil fakültələrinə qəbul tələbləri ölkədən ölkəyə və fakültədən fakültəyə dəyişə bilər, lakin ümumilikdə aşağıdakılar gözlənilir:

Orta məktəb attestatı: Əksər ölkələrdə açıq təhsil fakültələrinə qəbul üçün orta məktəb attestatı tələb olunur.

Yaş həddi: Qiyabi təhsil fakültələrinə qəbul üçün müəyyən yaş həddi ola bilər.

Dillə bağlı test nəticələri: İngilis və ya başqa dildə yazma, oxuma və danışma bacarıqlarını ölçən imtahanın (TOEFL, IELTS və s.) nəticələri tələb oluna bilər.

Ərizə formaları: Qiyabi təhsil fakültələrinə müraciət etmək üçün xüsusi forma doldurulmalı və sənədlər əlavə edilməlidir.

Portfolio: İncəsənət və ya dizayn kimi ixtisaslar üçün portfolio təqdim etmək istəyi ola bilər.

 

Atatürk Universiteti Qiyabi təhsil fakültəsi

Atatürk Universiteti Qiyabi Təhsil Fakültəsi müxtəlif təhsil səviyyələri və peşə sahələri üçün fərqli proqramlar təklif edir. Proqramlara misal olaraq bunlar daxildir: Biznesin idarə olunması, İqtisadiyyat, Turizm və Otelçilik, Sosial Elmlər, Təhsil, Əməyin Sağlamlığı və Təhlükəsizliyi, Tekstil və Geyim Texnologiyası.

 

 

Leave a comment