Skip links

Türkiyədə Doktorantura Təhsili Üçün Dövlət və Özəl Universitetləri: Müqayisə

Türkiyə, son illərdə beynəlxalq tələbələr üçün cəlbedici doktorantura təhsil mərkəzlərindən birinə çevrilib. Geniş akademik imkanlar, güclü elmi potensial, təqaüd proqramları və beynəlxalq əməkdaşlıqlar sayəsində Türkiyədə PhD təhsili həm yerli, həm də xarici tələbələr üçün ideal seçimə çevrilir. Bu kontekstdə tələbələrin qarşısında duran əsas seçimlərdən biri dövlət və özəl universitetlər arasında düzgün seçim etməkdir.

Sizin qərar verməyinizə kömək etmək üçün Türkiyədə doktorantura təhsili baxımından dövlət və özəl universitetlərin üstünlüklərini, fərqlərini, və ən yaxşı PhD proqramlarını müqayisə edəcəyik. 

Dövlət və özəl universitetlərdə doktorantura təhsilində əsas fərqlər

Maliyyə və təqaüd imkanları

  • Dövlət universitetləri: Ən böyük üstünlüklərdən biri təhsil haqlarının ya çox aşağı, ya da tamamilə pulsuz olmasıdır. Tələbələr TÜBİTAK, YÖK və universitet daxili təqaüdlərlə dəstəklənir.
  • Özəl universitetlər: Təhsil haqları nisbətən yüksəkdir, lakin bir çox özəl universitet beynəlxalq tələbələrə yüksək miqdarda təqaüdlər təklif edir (məsələn, 50-100% güzəşt).

Akademik kadrlar və araşdırma imkanları

  • Dövlət universitetləri: Türkiyənin bir çox tanınmış professorları dövlət universitetlərində çalışır. Ənənəvi və ciddi elmi tədqiqat mühiti ilə seçilirlər.
  • Özəl universitetlər: Daha müasir texnologiyalar, beynəlxalq müəllim heyəti və qlobal əlaqələrə üstünlük verilir. İnnovasiya və tətbiqi elmlərə daha çox yönəlirlər.

Dil və beynəlxalqlaşma

  • Dövlət universitetləri: Əksər proqramlar türk dilində tədris olunur, lakin beynəlxalq PhD proqramları da mövcuddur.
  • Özəl universitetlər: İngilis dilində təhsil daha geniş yayılıb. Xarici tələbələr üçün daha uyğun infrastruktur təqdim olunur.

Əməkdaşlıqlar və erasmus mübadiləsi

  • Hər iki universitet növü Erasmus+ və Horizon Europe proqramlarında fəal iştirak etsə də, özəl universitetlər beynəlxalq əlaqələrə daha çox yatırım edir.

Türkiyədə ən yaxşı doktorantura təhsili verən TOP universitetlər və PhD Proqramları

1. Boğaziçi Universiteti (İstanbul)

  • Kompüter mühəndisliyi
  • Elektrik-elektronika mühəndisliyi
  • Təhsil elmləri
  • İqtisadiyyat

2. Orta Doğu Teknik Üniversitesi (ODTÜ – Ankara)

  • Mexanika mühəndisliyi
  • Kimya mühəndisliyi
  • Sosial elmlər (psixologiya, sosiologiya)
  • Yer elmləri

3. İstanbul Teknik Universiteti (İTÜ)

  • Mülki mühəndislik
  • Şəhər planlaması
  • Geologiya mühəndisliyi

4. Hacettepe Universiteti (Ankara)

  • Tibb və biotibb elmləri
  • Əczaçılıq
  • Molekulyar biologiya və genetika

5. Ege Universiteti (İzmir)

  • Aqrar elmlər
  • Dəniz biologiyası
  • Ədəbiyyat

Türkiyədə doktorantura təhsili verən TOP özəl universitetlər və PhD Proqramları

1. Koç Universiteti (İstanbul)

  • İqtisadiyyat və idarəetmə
  • Hüquq
  • Molekulyar biologiya və genetika
  • Kompüter elmləri

2. Sabancı Universiteti (İstanbul)

  • Material elmləri və nanomühəndislik
  • İdarəetmə və innovasiya
  • Siyasi elmlər və beynəlxalq münasibətlər

3. Bilkent Universiteti (Ankara)

  • Fizika və kompüter elmləri
  • İncəsənət və musiqi nəzəriyyəsi
  • Beynəlxalq əlaqələr

4. İstanbul Bilgi Universiteti

  • Hüquq
  • Media və kommunikasiya
  • Sosial elmlər

5. Başkent Universiteti (Ankara)

  • Tibb və səhiyyə sahələri
  • Təhsil elmləri

Hansı universitet seçilməlidir?

Bu, tələbənin məqsədlərinə, maliyyə imkanlarına, tədris dili və istiqamətinə bağlıdır. Əgər siz akademik və tədqiqat yönümlü bir PhD proqramı axtarırsınızsa, dövlət universitetləri daha uyğun seçimdir. Əgər müasir texnologiyaya, beynəlxalq əlaqələrə və yüksək təqaüdlü ingilis dilli proqramlara üstünlük verirsinizsə, özəl universitetlər daha uyğundur.

Türkiyədə doktorantura təhsili almaq istəyən tələbələr üçün seçim imkanları çoxdur və hər universitetlərin özünəməxsus üstünlükləri mövcuddur. Seçiminizdən əvvəl universitetlərin proqramlarını, müəllim heyətini, təqaüd imkanlarını və elmi layihələrini diqqətlə araşdırmaq vacibdir. Unutmayın ki, doktorantura təkcə təhsil deyil, həm də elmi araşdırma və şəxsi inkişaf mərhələsidir.

Türkiyədə doktorantura təhsil almaq istəyirsinizsə, sizə uyğun universitet seçimindən tutmuş sənəd qəbuluna qədər bütün prosesdə peşəkar dəstək üçün İstanbul Group sizə tam dəstək göstərəcək.

Şərh yazın