Türkiyə Universitetlərinə Müraciət Edərkən Ən Çox Buraxılan Səhvlər
Türkiyədə təhsil almaq artıq illərdir ki, azərbaycanlı gənclər üçün ən əlçatan və real xaricdə təhsil istiqamətlərindən biridir. Oxşar dil, yaxın mədəniyyət və geniş proqram seçimi bu ölkəni daha da cəlbedici edir. Ancaq, hər il onlarla, hətta yüzlərlə abituriyent sadə, amma ciddi səhvlər ucbatından qəbul şansını azaldır, bəziləri isə ümumiyyətlə prosesdən kənarda qalır.
Əgər sən də Türkiyə universitetlərinə müraciət etməyi planlayırsansa, aşağıdakı səhvləri mütləq nəzərə almalısan. Aşağıda müraciət zamanı ən çox edilən səhvləri və mütəxəssislərimizin tövsiyələrini qeyd edirik.
1. Prosesi gec başlamaq
Ən çox rast gəlinən problemlərdən biri budur: tələbələr müraciət prosesinə çox gec başlayırlar. Halbuki sənədlərin hazırlanması, tərcümə, apostil, imtahanlara hazırlıq və universitet araşdırması zaman tələb edir.
Mütəxəssisimiz tövsiyə edir ki, qəbul etməyi düşündüyün ildən ən azı 8–12 ay əvvəl hazırlığa başlayasan. Bu sənə stresdən uzaq, daha planlı şəkildə müraciət etməyə imkan verəcək. Qeyd edək ki, İstanbul Group olaraq tələbələrin 24 saat qəbuluna da tam zəmanət veririk. Hər bir təhsil pilləsi üzrə ən qısa zamanda qəbul almaq üçün əlaqə saxlamağınız və ödənişsiz konsultasiya imkanından yararlanmağınız kifayətdir.
2. Yalnız 1 və ya 2 universitet seçmək
Bəzi namizədlər yalnız bir köklü universitetə bel bağlayır. Bu isə risklidir, çünki qəbul faizi yüksək rəqabət səbəbilə aşağı ola bilər.
Mütəxəssisimiz tövsiyə edir ki, ən azı 3–6 universitet seçəsən:
– prestijli seçimlər
– real ehtimallı seçimlər
– ehtiyat universitetlər
Beləliklə, qəbul şansın daha balanslı və təhlükəsiz olur.
3. Sənədlərin səhv və ya natamam təqdim edilməsi
Səhv skanlar, natamam tərcümələr, düzgün doldurulmayan formalar, tarix və imza uyğunsuzluğu bunlar bir çox müraciətin avtomatik ləğvinə səbəb olur.
Mütəxəssisimiz tövsiyə edir ki, sənədləri yükləməzdən əvvəl onları ən azı 2 dəfə yoxlayasan və universitetin rəsmi tələblərinə tam uyğunluğuna əmin olasan.
4. Dil tələblərini düzgün nəzərə almamaq
Bəzi tələbələr düşünür ki, ingilis və ya türk dili bilməkləri kifayətdir. Ancaq bir çox universitet rəsmi olaraq IELTS, TOEFL və ya türk dili üzrə sertifikat tələb edir.
Mütəxəssisimiz tövsiyə edir ki, müraciət edəcəyin proqramın dil tələblərini əvvəlcədən yoxlayasan və lazımdırsa, imtahana erkən hazırlaşmağa başlayasan.
5. İxtisası yalnız universitetin adına görə seçmək
Bəzən tələbələr yalnız universitetin tanınmış adına görə müraciət edir, amma seçdiyi proqramın keyfiyyətinə və gələcək perspektivinə baxmırlar.
Mütəxəssisimiz tövsiyə edir ki, ixtisas seçərkən mütləq aşağıdakılara diqqət edəsən:
– proqramın sillabusu
– tədris dili
– əmək bazarındakı dəyəri
– gələcək karyera imkanları
6. Qeyri-rəsmi mənbələrə həddindən artıq etibar etmək
Sosial şəbəkələrdə, qruplarda dolaşan bəzi məlumatlar yanlış və ya köhnə olur. Bu isə səni yanlış qərarlara sürükləyə bilər.
Mütəxəssisimiz tövsiyə edir ki, əsas məlumat mənbəyin universitetin rəsmi saytı və rəsmi qəbul platformaları, həmçinin güvənilir və beynəlxalq xaricdə təhsil şirkəti olsun.
7. Viza və oturum prosesini gec düşünmək
Qəbul aldıqdan sonra bir çox tələbə viza və oturum icazəsi məsələsini gecikdirir. Bu isə dərs başlanğıcına gecikməyə səbəb ola bilər.
Mütəxəssisimiz tövsiyə edir ki, qəbul aldığın andan etibarən sənədləşmə, viza və icazə prosesini dərhal başladasan.
Türkiyədə təhsil almaq imkan baxımından çox əlverişli olsa da, müraciət mərhələsində edilən səhvlər bütün planlarını alt-üst edə bilər. Bu səhvlərdən uzaq durmaq üçün əsas şərt planlı olmaq, düzgün məlumatdan istifadə etmək və prosesi ciddi aparmaqdır.Əgər Türkiyədə təhsil planlaşdırırsansa və haradan başlayacağını bilmirsənsə, İstanbul Group olaraq qəbul prosesində sənə tam dəstək oluruq.