Skip links

İstanbul Group şirkəti Malayziyada təşkil olunan və dünyanın 130 ölkəsinin iştirak etdiyi beynəlxalq təhsil sərgisində iştirak edib.

Malayziya beynəlxalq dəyərləndirmələrinə görə qlobal olaraq tələbələr tərəfindən üstünlük verilən 11-ci məkandır, hər il on minlərlə tələbə gələcəkləri və karyeraları üçün Malayziyanı seçir.

Hazırda ölkədə 100 mindən çox xarici tələbə var və Malayziya hökumətinin hədəfi bu rəqəmi 250 min nəfərə çatdırmaqdır. Azərbaycandan olan tələbələrə xüsusi olaraq, ilkin 20%-lik, daha sonrakı mərhələlərdə isə 50%-dək təqaüd imkanları yaradılır.

Sərgidə iştirak edən dövlət və özəl universitet nümayəndələri sərgi iştirakçılarına təhsil keyfiyyəti, universitetlərin beynəlxalq reytinqləri, təqaüd imkanları, çox uyğun yaşam xərcləri, geniş kütlə üçün əlçatan təhsil qiymətləri barədə məlumatlar verib, sualları cavablandırıblar.

“Malayziyada turizm və hotelçilik sektoru üzrə dünya reytinqlərində 16-cı yeri tutan universitetlər, içərisində nəinki xəstəxana, hətta morqun belə olduğu tibb universitetləri, nəinki diplomla, hətta beynəlxalq sertifikatla təmin edən maliyyə ixtisaslarının olduğu universitetlər, İngiltərə, Fransa, Kanada, Avstraliya ilə ikili diplom proqramları təklif edən təhsil məkanları var”, – deyə sərgi təşkilatçıları qeyd ediblər.

Asia Pacific University of Technology & Innovation (APU) ilə rəsmi tərəfdaşlıq

Sərgidə iştirak edən İstanbul Group şirkəti Malayziyanın nüfuzlu universitetlərindən biri sayılan Asia Pacific University of Technology & Innovation (APU) ilə rəsmi tərəfdaşlıq imzalamışdır. Universitet Malayziyanın ən böyük təhsil qrupu olan APIIT Education Group-a daxildir.

İnformasiya texnologiyaları, media, biznes və mühəndislik sahələrində ixtisaslara üstünlük verilir. Universitetin Hindistan, Şri Lanka və Pakistanda filialları açılır.

2011-ci ildən etibarən Malayziya Təhsil Nazirliyinin hesablamalarına əsasən ölkə universitetləri arasında ən yüksək reytinqi (5 TIER) alıb.

Şərh yaz