Skip links

Dövlət Xətti İlə Türkiyədə Təhsil Almaq Üçün Tələb Olunanlar Nələrdir?

Avropa ilə Yaxın Şərq arasında körpü rolu oynayan Türkiyə, güclü mədəni və siyasi təsirlərə malik genişlənən bir ölkədir və qərbdə Yunanıstan və Bolqarıstan, şərqdə Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənub-şərqdə isə İraq və Suriya ölkələri ilə həmsərhəddir. Türkiyə həm də Aralıq dənizi ilə Qara dəniz arasında bir qapı rolunu oynayır. Türkiyə dövlətinin paytaxtının Ankara şəhəri olmasına baxmayaraq, ən böyük və ən əhəmiyyətli şəhəri İstanbuldur. İstanbul şəhəri ölkənin qərbində Avropa ilə Asiyanı ayıran Boğaziçi boğazı ilə şəhərin mərkəzindən keçir və digər böyük şəhərlərə isə Bodrum, Antalya, Qaziantep və İzmir şəhərləri daxildir.

turkiyede dovlet xetti ile tehsil

Ümumiyyətlə, Türkiyədə təhsil almaq əvəzsiz təcrübədir, lakin bir çox tələbələr xaricdə təhsil almağın yüksək qiyməti səbəbindən qərarlarını təxirə salmalı olurlar, ancaq Türkiyədə pulsuz və ya daha az pulla təhsil almaq mümkündür! Bununla belə, Türkiyədə təhsilin qiyməti müraciət edəcəyiniz proqramın növündən, yerləşdiyi yerdən və ölkənin həyat tərzindən asılı olaraq çox dəyişir. Həyatınızın sonuna qədər unutmayacağınız və gələcəyinizi formalaşdıracaq bir macəra yaşayarkən xərcləri azaltmaq və minimuma endirmək üçün dövlət proqramı, proqrama qəbul şərtləri və tələbləri haqqında bütün məlumatları ətraflı şəkildə bu məqaləmizdə izah etdik.

Dövlət Proqramı Nədir?

“Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə 28.02.2022-ci il tarixində Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

dövlet xetti ile xaricde tehsil

Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin qabaqcıl ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşekar kadrların hazırlanmasını təmin etməkdir.

Dövlət Proqramı bu sahədə mövcud olan beynəlxalq təcrübə və meyillər nəzərə alınaraq hazırlanmışdır və bu sahədə müşahidə edilən qlobal trendlər və onların ölkə potensialına təsirləri qiymətləndirilmiş, mövcud vəziyyət təhlil edilmiş, uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılmış, hədəf göstəriciləri və prioritet istiqamətlər, o cümlədən icra müddətləri göstərilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri təsbit edilmişdir. Dövlət Proqramının əsas istiqamətləri aşağıdakılardır:

  • prioritet istiqamətlər üzrə ixtisas sahələrinin müəyyən edilməsi;
  • prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının müəyyən edilməsi;
  • Dövlət Proqramında iştirakın seçim meyarlarının və prosedurlarının müəyyən edilməsi;
  • xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı qaydaların müəyyən edilməsi;
  • Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi imkanlarının yaradılması.

Türkiyədə Dövlət Proqramı İlə Necə Təhsil Almaq Olar?

Türkiyədə təhsil almaq istəyən hər bir tələbə bu proqrama müraciət edə bilər və proqramda iştirak etmək üçün ilk növbədə Türkiyədəki ali təhsil müəssisəsinə qəbul olmalı və daha sonra müsabiqə elan olunduqda qəbul sənədlərinizi Təhsil Nazirliyinə təqdim etməlisiniz. Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyən tələbə namizədlərin ali təhsil müəssisələrinə qəbul prosesini deyildə, təhsil alacaqları ali məktəbin illik təhsil haqqı xərclərini qarşılayır.

Dövlət Proqramında İştirak Etmək Üçün Qəbul Tələbləri Nələrdir?

Dövlət Proqramına qəbul olmağın əsas şərtlərindən biri odur ki, tələbə namizədləri dövlət xətti ilə xaricdə təhsil almaq üçün proqramın tələb etdiyi prioritet ixtisas sahələrindən birini seçməlidirlər. Dövlət Proqramının icrası zamanı tələbə namizədlər aşağıdakı prioritet ixtisas sahələrinə üstünlük verməlidirlər:

  • informasiya texnologiyaları;
  • mühəndislik;
  • statistika və verilənlərin təhlili;
  • fundamental və tətbiqi elmlər;
  • ictimai səhiyyə;
  • ətraf mühit;
  • aviasiya və kosmos;
  • dövlət idarəetməsi;
  • nəqliyyat və logistika;
  • energetika;
  • maliyyə;
  • arxitektura və dizayn;
  • kənd təsərrüfatı.

Dövlət Proqramı icrası müddətində hər il 400 nəfərdən çox tələbə olmamaqla, ümumilikdə 200 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin edilir. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi Dövlət Proqramı gələcək inkişafında əlavə dəyər yaratmalarını təşviq edir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənc tələbə namizədlərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaqdır.

Şərh yaz