Skip links

Polşa Universitetləri. MBA təhsili

Poznan İqtisadiyyat və Biznes Universiteti MBA

Polşada MBA təhsili təklif edən Poznan İqtisadiyyat və Biznes Universitetində MBA proqramının müddəti 2 ildir. Corciya Dövlət Universiteti, Atlanta (J. MackRobinson Biznes Kolleci)-ABŞ ilə birgə təklif olunan MBA proqramı həmçinin AMBA, AACSB, CEEMAN akkreditasiyalarına malikdir. Poznan MBA təhsil haqqı 10,500 avrodur.

Kozminski Universiteti MBA

Financial Times Ranking-ə görə, Kozminski Universiteti 2009-cu ildən bəri davamlı olaraq Avropanın aparıcı MBA məktəbləri arasında öz nüfuzlu yerini qoruyub saxlayır. Kozminski Executive MBA proqramı bu nüfuzlu reytinqlərə daxil edilmiş yeganə Polşa MBA proqramıdır. Kozminski Universiteti “Triple Crown” (AASCB, EQUIS, AMBA) kimi tanınan Polşa MBA üzrə ən nüfuzlu üç beynəlxalq akkreditasiyaya malikdir. Kozminski Universitetinin Executive MBA müddəti 18 aydır və ödəniş 16.000 Avrodur. Kozminski Universitetinin Beynəlxalq MBA proqramı (ESCP) ilə birgə 12 ay müddətinə təklif olunur və qiyməti 15.000 avrodur.

Varşava Universiteti Biznes Məktəbi MBA

Varşava Universiteti Biznes Məktəbinin MBA proqramı Ecole des Sciences et Gestion – Montreal Kvebek Universiteti (ESG-UQAM) – Kanada ilə əməkdaşlıq edir, bu isə o deməkdir ki, bu proqramı bitirərək ikili diplom alacaqsınız. Varşava MBA məzunu ikili MBA diplomu, biri Varşava Universitetinin MBA diplomu, digəri isə UQAM-Kanada MBA diplomu ilə bitirir. Varşava Universitetinin MBA təhsili CEEMAN və AMBA akkreditasiyalarına malikdir. Proqramın təhsil haqqı 6700 Avro + 10500 Usd təşkil edir.

Krakov İqtisadiyyat Universiteti MBA

Krakov İqtisadiyyat Universiteti Biznes Məktəbi Executive MBA təhsili iyirmi ildən artıqdır ki, İdarəetmə Təhsili sahəsində beynəlxalq standartlara cavab verən, Avropa idarəetmə və biznes liderliyi yanaşmasına əsaslanan MBA proqramıdır. Krakov İqtisadiyyat Universitetinin Krakov Biznes Məktəbi, St. Gallen Business School, EM Normandie Business School (Fransa) və AESE Business School (Portuqaliya) biznes məktəbləri. Poznan İqtisadiyyat Universiteti Biznes Məktəbi MBA proqramının qiyməti 13.000 Avrodur.

Varşava Texnologiya Universiteti Biznes Məktəbi MBA

Polşada MBA dərəcəsi almış məzunlar arasında aparılan araşdırmada birinci yerdə olan Varşava Texnologiya Universitetinin Executive MBA proqramının müddəti 3 semestr, semestr haqqı isə 5000 Avrodur. International Executives MBA proqramı part-time əsasda təklif olunur. Paris HEC School of Management, London Business School, NHH – Norveç İqtisadiyyat Məktəbi, Politecnico di Milano (İtaliya), Salford Universiteti, Mançester (Böyük Britaniya) MBA təhsili, Varşava Texnologiya Universitetinin MBA proqramı EFMD akkreditasiyası var.

 

Şərh yaz