Skip links

Attestatla təhsil almaq üçün özəl konsaltinq və agentlik xidmətlərinə ehtiyac varmı?

Xaricdə təhsil bazarı böyüdükcə, fərqli xidmətlər təklif edən yüzlərlə agentlik, şirkət və məsləhətçi ortaya çıxır. Bu isə tələbələrin seçim edərkən çaşqınlaşmasına, hətta bəzən yanlış addımlar atmasına səbəb olur.

Attestatla təhsil almaq, digər səviyyələrə nisbətən daha rahat proses olsa da, burada da müəyyən nüanslar mövcuddur ki, agentlik və ya konsaltinq dəstəyi mütləqdir. 

Attestatla xaricdə təhsil prosesi nə qədər sadədir?

Attestatla təhsil almaq əsasən bakalavr səviyyəsinə birbaşa müraciət deməkdir və dünyanın bir çox ölkəsində bu proses nisbətən sadədir. Tələbə orta məktəb diplomu, transkript, pasport və bəzi hallarda motivasiya məktubu ilə müraciət edə bilir. Əksər Avropa ölkələri, Türkiyə, Malayziya, Gürcüstan və digər regionlar attestatı tanıyır və əlavə imtahan tələb etmir.

Bu, prosesi sadə göstərsə də, qəbul qaydaları ölkələrə, hətta universitetlərə görə dəyişir. Qəbul olmaq üçünsə bu qaydalara tam əməl etmək, diqqətli olmaq mütləqdir. Nəticədə tələbələr tez-tez bu suallarla üzləşir:

– Hansi universitetlər attestatla qəbul edir?
– Hər ölkədə qəbul üçün hansı sənədlər lazımdır?
– Tərcümə və apostil proseduru necədir?
– Bəzi ölkələrdə nostrifikasiya tələb olunurmu?
– Qəbul şansı hansı göstəricilərə görə hesablanır?
– Viza üçün hansı şərtlər lazımdır?

Özəl konsaltinq və agentliklər nə iş görür?

Konsaltinq və agentliklərin əsas məqsədi müraciət prosesini tələbə üçün rahat, sürətli və stressiz etməkdir. Onların xidmətlərinə çox vaxt aşağıdakılar daxildir:

– Universitet seçimi
– Fakültə və ölkə məsləhətləri
– Sənədlərin toplanması və yoxlanması
– Sənədlərin tərcüməsi və notarial təsdiqi
– Müraciət formalarının doldurulması
– Qəbul prosesinin izlənməsi
– Yerləşmə, yataqxana və sığorta dəstəyi
– Viza məsləhəti
– Uçuşdan əvvəl təlimat

Bu xidmətlər xüsusilə ilk dəfə müraciət edən və prosedurlarla tanış olmayan tələbələr üçün faydalıdır.

Bəs attestatla təhsil üçün bu xidmətlər mütləqdirmi?

Qısa cavab verək ki, əgər dəqiq və əhatəli araşdırma edib, sənədləri əskik hazırlaya, düzgün müraciət edə bilərsinizsə, xeyr, mütləq deyil. Ancaq qəbulunuzu tam zəmanətli etmək, qəbul prosesində hansısa problem yaşamamaq və ən əsası göstəricilərinizə uyğun ən yaxşı variantları nəzərdən keçirmək istəyirsinizsə, bu zaman mütləqdir. 

Əsl məsələ tələbənin aşağıdakı suallara səmimi cavab verə bilməsindədir:

– Xarici universitetlərin qəbul qaydalarını özüm araşdıra bilərəm?
– Hansı ölkənin mənə daha uyğun olduğunu müəyyən edə bilirəm?
– İngilis və ya türk dillərində müraciət formalarını doldurmaq mənim üçün çətindir?
– Vaxtım varmı? Yoxsa proseslə məşğul olmağa imkanım yoxdur?
– Sənəd toplama, tərcümə və apostil kimi işləri özüm görə bilərəm?
– Viza prosesi mənə çətin görünürmü?

Əgər tələbə bu mərhələlərin çoxunu təkbaşına həll edə bilirsə, agentlik xidmətinə ehtiyac qalmaya bilər. Lakin əksər tələbələr detallara hakim olmadığından, bəzən kiçik səhvlər səbəbindən qəbul itirə bilir.

Agentliksiz müraciət edə biləcəyiniz vəziyyətlər

Attestatla təhsil prosesi bəzən o qədər sadə olur ki, tələbə heç bir köməyə ehtiyac duymur. Bu hallara aşağıdakılar daxildir:

1. Türkiyəyə müraciət edirsinizsə

Türkiyədə özəl universitetlərin əksəriyyəti attestatla birbaşa qəbul edir və müraciət sistemi çox sadədir. Universitetlər özləri onlayn müraciət platforması təqdim edir və sənədlər minimaldır.

2. Polşa, Macarıstan, Litva kimi ölkələr üçün qəbul sadədirsə

Bu ölkələrdə də çox vaxt attestat, pasport və transkript kifayətdir. Qəbul prosesi şəffafdır və online platformalar vasitəsilə aparılır.

3. İngilis dili biliyiniz yaxşıdırsa

Formaların doldurulması, universitetlə yazışmalar və tələb olunan sənədlərin hazırlanması sizi çətinləşdirməyəcəksə, agentliksiz müraciət etmək mümkündür.

4. Ailəniz və ya dostlarınız daha əvvəl bu prosesi keçibsə

Real təcrübə olan birinin dəstəyi agentlik xidmətini əvəz edə bilər.

Agentlik və konsaltinq xidmətlərinin çox faydalı olduğu vəziyyətlər

Bəzi müraciətlər mürəkkəb olur və bu zaman peşəkar dəstək hər şeyi dəyişə bilər.

1. Nostrifikasiya tələb edən ölkələrə müraciət

Çexiya, Slovakiya, Almaniya kimi ölkələrdə attestatın tanınması daha uzun prosedur tələb edə bilər.

2. Qəbul şansı zəifdirsə

Orta balı aşağı olan tələbələr üçün hansı universitetlərin qəbul edəcəyini müəyyən etmək çətin olur və strategiya tələb edir.

3. Viza prosesi çətin olan ölkələr

Kanada, Böyük Britaniya, ABŞ kimi ölkələrdə viza sənədləri daha ciddi şəkildə yoxlanılır.

4. Dil biliyi zəif olanda

Sənədlərin doldurulması, məktubların yazılması və universitetlə ünsiyyət üçün dəstək lazım olur.

5. Vaxtınız azdır

Məsələn, məktəbi yeni bitirmisiniz və eyni anda həm imtahanlara hazırlaşırsınız, həm işlə məşğulsunuz. Bu zaman agentlik prosesi sizin yerinizə idarə edir.

Düzgün agentliyi seçməsəniz, qarşılaşacağınız risklər nələrdir? 

Təəssüf ki, bazarda çox sayda qeyri-peşəkar və ya tələbəni aldatmağa çalışan şirkətlər mövcuddur. Yanlış agentlik seçmək aşağıdakı problemlərə səbəb ola bilər:

– Qeyri-real vədlər
– Rəsmən olmayan universitetlərə yönləndirmə
– Sənədlərin yanlış hazırlanması
– Qəbulun gecikməsi və ya rədd cavabı
– Artıq ödənişlər
– Tələbənin məlumatlarının sui-istifadəsi

Buna görə də agentlik seçmək istəyən tələbə əvvəlcə onların lisenziyası, təcrübəsi, partnyor universitetləri və əvvəlki tələbə rəylərini ciddi şəkildə yoxlamalıdır.

Konsaltinqin real faydaları nələrdir?

Yaxşı bir agentlik:

– Sizin üçün ən uyğun ölkəni müəyyənləşdirir
– Qəbul şansınızı artırır
– Sənədləri düzgün hazırlayır
– Universitetlərlə rəsmi şəkildə işləyir
– Tələbəni səhvlərdən qoruyur
– Vaxt və enerji qənaəti yaradır

Bu addımlar tələbə üçün prosesin stressiz olmasını təmin edir.

İstanbul Group olaraq peşəkar və təcrübəli mütəxəssislərimiz qəbul prosesində sizə tam dəqiq dəstək göstərir, istədiyiniz sahələrdə ən yaxşı universitetlərdə təhsil almağınıza zəmanət verir.

Şərh yazın