Skip links

Assistanlıq imkanları və iş prosesi

Xaricdə təhsil alan tələbələr üçün həm təcrübə qazanmaq, həm də xərclərini azaltmaq yollarından assistantlıq imkanlarıdır. Bir çox universitetdə tələbələrə müxtəlif formalarda köməkçi vəzifələr təklif olunur və bu, təkcə maddi yox, akademik baxımdan da ciddi üstünlüklər yaradır.

Assistantlıq, sadəcə əlavə gəlir mənbəyi deyil. Bu, həm də universitet mühitinin bir hissəsinə çevrilmək, akademik heyətlə yaxından işləmək və praktiki bacarıqlar qazanmaq fürsətidir.

Assistantlıq növləri

Universitetlərdə bir neçə növ assistantlıq mövcuddur. Ən çox rast gəlinən formalar bunlardır:

Teaching Assistant (TA) – dərs köməkçisi
Bu vəzifədə tələbə müəllimə dərs prosesində dəstək olur, seminar və laboratoriyalara nəzarət edir, ev tapşırıqlarının yoxlanılmasında iştirak edir və bəzən tələbələrlə fərdi işləyir. Adətən bu rola magistr və doktorant tələbələr seçilir.

Research Assistant (RA) – tədqiqat köməkçisi
Bu formada tələbələr professorların elmi layihələrində iştirak edirlər. Məlumat toplama, analiz, məqalə yazımı, laborator işləri kimi sahələrdə kömək edirlər. Bu, akademik karyera düşünənlər üçün çox dəyərli təcrübə sayılır.

Administrative Assistant – inzibati köməkçi
Bu vəzifələrdə tələbələr universitetin müxtəlif ofislərində işləyir, sənədləşmə, tədbirlərin təşkili və tələbə xidmətlərində rol alırlar.

Assistantlığa necə müraciət etmək olar?

Assistantlıq üçün müraciət prosesi universitetdən universitetə dəyişir. Bəzi hallarda bu vəzifələr universitetin daxili platformalarında elan edilir, bəzən isə professorların özləri uyğun tələbələri seçir.

Müraciət üçün adətən aşağıdakılar tələb olunur:
– CV
– Motivasiya məktubu
– Akademik göstəricilər
– Bəzi hallarda tövsiyə məktubu

Əgər Research Assistant olmaq istəyirsinizsə, professorun tədqiqat sahəsi ilə maraqlanmalı və ona uyğun motivasiya məktubu yazmalısınız. Sadəcə “iş axtarıram” demək kifayət etmir. Göstərməlisiniz ki, niyə məhz o sahə və niyə məhz o layihədə olmaq istəyirsiniz.

İş prosesi necə gedir?

Assistant kimi işləmək əsas dərs proqramınıza paralel şəkildə həyata keçirilir. Adətən həftəlik iş saatı 10–20 saat arasında olur. Bu da o deməkdir ki, dərslərinizə də vaxt ayırmaqla, rahat işləmək mümkündür.

İş qrafiki çox vaxt elastik olur və imtahan dövrlərində daha da yüngülləşdirilir. Bu da tələbələrin həm oxuyub, həm də işləməsini real edir.

Bir çox universitetdə assistantlıq edən tələbələr üçün əlavə güzəştlər də olur. Məsələn, təhsil haqqı endirimi, əlavə stipendiya və ya kampus daxilində başqa imkanlar.

Nəyə görə assistantlıq etməyə dəyər?

Əlavə gəlir əldə etmək burada yalnız bir tərəfidir. Ən böyük qazanc şəbəkələşmə və təcrübədir. Professorlarla yaxın işləmək, tövsiyə məktubu almaq və akademik mühitdə tanınmaq gələcək üçün böyük üstünlük yaradır.

Üstəlik, CV-də assistantlıq təcrübəsi həm akademik, həm də peşəkar karyera üçün ciddi üstünlük sayılır.

Şərh yazın