PhD qəbul meyarları və akademik tələblər
PhD (Doctor of Philosophy) və ya doktorantura, ali təhsilin ən yüksək pilləsidir. Bu mərhələdə tələbələr yalnız nəzəri biliklər öyrənmir, həm də elmi araşdırmalar apararaq yeni biliklərin yaranmasına töhfə verirlər. Doktorantura proqramları əsasən 3-5 il davam edir və həmin müddət ərzində tələbə müəyyən sahədə dərin ixtisaslaşma, elmi məqalələrin yazılması, konfranslarda çıxış etmə və dissertasiya müdafiəsi kimi mərhələlərdən keçir.
PhD dərəcəsi yalnız akademik karyera üçün deyil, həm də dövlət və özəl sektorda yüksək mövqelərə yüksəlmək üçün mühüm addımdır. Buna görə də, doktorantura proqramlarına qəbul prosesi çox ciddi seçim meyarları əsasında həyata keçirilir.
Aşağıda PhD proqramlarına qəbul zamanı tələb olunan əsas akademik tələbləri və meyarları ətraflı izah edirik.
PhD qəbul meyarları və akademik tələblər
1. Akademik göstəricilər və əvvəlki təhsil
PhD proqramına qəbul üçün əsas şərtlərdən biri əvvəlki təhsil pillələridir. Demək olar ki, bütün universitetlər doktorantura təhsilinə qəbul üçün namizədlərdən magistratura diplomu tələb edir. Bəzi hallarda isə, xüsusilə ABŞ və Kanada kimi ölkələrdə, istedadlı və yüksək nəticələr göstərmiş bakalavr məzunları birbaşa PhD proqramına qəbul ola bilirlər.
Əsas akademik meyarlar:
- Magistr diplomu
- Güclü akademik transkript (yüksək GPA göstəricisi)
- İxtisaslaşdığı sahə ilə əlaqəli fənlərdən yaxşı nəticələr
Yüksək akademik nəticələr PhD qəbulunda əsas göstəricilərdən biri hesab olunur.
2. Dil tələbləri
Xaricdə PhD təhsili almaq istəyən tələbələr üçün dil bilikləri mühüm şərtdir. Təhsil alınacaq ölkədən və universitetdən asılı olaraq fərqli testlər tələb oluna bilər.
Ən çox tələb olunan dil imtahanları:
- IELTS
- TOEFL iBT
- Duolingo English Test – bəzi universitetlər tərəfindən qəbul edilir
Əgər proqramın tədris dili həmin ölkənin rəsmi dilidirsə (məsələn, Almaniyada alman dili, Fransada fransız dili), onda əlavə olaraq TestDaF, DELF/DALF kimi dil sertifikatları tələb oluna bilər.
3. Araşdırma təcrübəsi və elmi fəaliyyət
PhD qəbulunda ən vacib göstəricilərdən biri namizədin elmi araşdırma təcrübəsidir. Universitetlər tələbənin yalnız nəzəri biliklərini deyil, həm də müstəqil tədqiqat aparmaq bacarığını yoxlayırlar.
Bunun üçün əhəmiyyətli meyarlar:
- Elmi jurnallarda dərc olunmuş məqalələr
- Beynəlxalq və yerli konfranslarda iştirak
- Magistr dissertasiyasının keyfiyyəti
- Araşdırma layihələrində iştirak
Namizədin elmi fəaliyyətini göstərən bu faktlar qəbul prosesində böyük üstünlük yaradır.
4. Tədqiqat mövzusu və elmi rəhbər
PhD qəbul prosesi yalnız universitetin tələblərinə uyğunluqdan ibarət deyil. Çox vaxt tələbənin təqdim etdiyi araşdırma mövzusu və onu dəstəkləyəcək elmi rəhbərin tapılması həlledici rol oynayır.
Uğurlu qəbul üçün:
- Seçilən mövzu aktual və yeni elmi töhfə potensialı olan sahədən olmalıdır
- Namizəd müraciət etdiyi universitetdə həmin sahədə çalışan bir professor və ya elmi rəhbər ilə əlaqə qurmalıdır
- Əvvəlcədən hazırlanmış araşdırma təklifi (Research Proposal) təqdim edilməlidir
Elmi rəhbərin dəstəyi olmadan bir çox universitetlər PhD müraciətlərini qəbul etmir.
5. Tövsiyə məktubları
Doktorantura üçün müraciət edən tələbələrdən adətən 2 və ya 3 tövsiyə məktubu tələb olunur. Bu məktublar əvvəlki müəllimlər, professorlar və ya elmi rəhbərlər tərəfindən yazılır. Məktubda tələbənin:
- Akademik bacarıqları
- Elmi potensialı
- Tədqiqat aparmaq qabiliyyəti
- Fərdi keyfiyyətləri
6. Motivasiya məktubu (Statement of Purpose)
Hər bir PhD müraciətində tələbədən motivasiya məktubu da istənilir. Bu məktub namizədin elmi məqsədlərini, araşdırma maraqlarını və gələcək planlarını izah edir. Yaxşı yazılmış motivasiya məktubu qəbul komissiyasına tələbənin proqram üçün uyğunluğunu göstərir.
Motivasiya məktubunda nələr olmalıdır?
- Niyə bu sahəni seçmisiniz?
- Niyə həmin universitet və proqram?
- Gələcəkdə elmi və peşəkar planlarınız nədir?
- Hansı araşdırma mövzusunda işləmək istəyirsiniz?
7. Müsahibə mərhələsi
PhD qəbulunun son mərhələsi çox vaxt müsahibə olur. Bu müsahibə onlayn və ya üzbəüz keçirilə bilər. Müsahibə zamanı tələbədən araşdırma mövzusu, elmi təcrübəsi və gələcək planları ilə bağlı suallar verilir. Bundan əlavə, tələbənin tənqidi düşünmə bacarığı və problem həll etmə qabiliyyəti də qiymətləndirilir.
8. Digər sənədlər və tələblər
Universitetdən asılı olaraq əlavə sənədlər də tələb oluna bilər:
- CV və ya akademik portfel
- Nəşr olunmuş məqalələrin siyahısı
- Təhsil haqqı və maliyyə dəstəyi ilə bağlı sənədlər
- Bəzi ölkələrdə GRE və ya GMAT nəticələri (xüsusən ABŞ və Kanadada)
PhD proqramlarına qəbul prosesi olduqca rəqabətlidir və namizədlərdən yüksək akademik göstəricilər, araşdırma təcrübəsi, güclü motivasiya məktubu və elmi potensial tələb olunur. Əgər siz doktorantura təhsili almağı planlaşdırırsınızsa, artıq magistratura dövründən etibarən elmi məqalələr yazmaq, konfranslarda çıxış etmək və potensial elmi rəhbərlərlə əlaqə saxlamaq və ən əsası düzgün xaricdə təhsil şirkətilə işləmək çox vacibdir.
Doğru hazırlıq və İstanbul Group-un peşəkar mütəxəssislərinin dəstəyilə doktorantura təhsili almaq çox asandır.