Skip links

Xorvatiyada Bakalavr Təhsili 2023

Keçmiş Yuqoslaviya ölkələrindən biri olan Xorvatiya müstəqillik əldə etdikdən sonra sürətli və planlı inkişaf prosesində mühüm addımlar atmışdır və bu gün ölkənin təbii gözəllikləri ilə yanaşı, keyfiyyətli universitetləri də beynəlxalq miqyasda böyük diqqət çəkir. Avropa ölkəsi olan Xorvatiya xüsusən də təhsil müəssisələri üçün aldığı əhəmiyyətli maliyyə yardımı ilə əla xüsusiyyətlərə malik universitetləri qazanmışdır. Sloveniya, Macarıstan və Bosniya və Herseqovina ölkələri ilə qonşu olan Xorvatiya, həm quru əraziləri, həm də dənizə baxan sahilləri ilə mütləq ziyarət edilməli və görülməli bir ölkədir.

Bəs, Xorvatiyada bakalavr təhsili almağın üstünlükləri nələrdir?

Orta məktəb təhsilinizi bitirdikdən sonra yüksək keyfiyyətli bakalavr proqramlarına yazıla bilərsiniz və keyfiyyətli təhsil ocaqlarında bir çox ölkələrdən olan tələbələrlə tanış olmaqla yanaşı, siz müasir kampuslarda və ixtisaslı müəllimlərindən dərs ala biləcəksiniz. Ölkəmizlə yaxın əlaqələri olan və türk xalqını tanıyan bir ölkədə tələbə olmaq, əcnəbi olmadan özünüzü rahat hiss etdirəcək və təhlükəsiz və dinc mühitdə təhsil həyatının sizi gözləməsi deməkdir. Qeyd edək ki, xaricdən gələn tələbələr üçün də Xorvatiya digər Avropa ölkələri ilə müqayisədə, çox əlverişlidir.

Xorvatiyada imtahansız bakalavr təhsili almaq mümkündürmü?

Bakalavr təhsilinizi Xorvatiyada imtahansız ala bilərsiniz və eyni şəkildə, magistr proqramlarına da imtahan vermədən müraciət edə bilərsiniz. Yeganə istisna imtahan isə dil səviyyəsi testidir, belə ki, tələbə namizədləri Xorvatiyada bakalavr təhsili almaq üçün dil səviyyələrini müəyyən edən imtahanlarda iştirak etməlidirlər və həmin imtahanın nəticələrinə əsasən onların dil hazırlıq təhsilində iştirak edib-etməyəcəklərinə qərar verilir.

Xorvatiyada Bakalavr Təhsili Almaq Üçün Tələb Olunan Sənədlər Nələrdir?

Xorvatiya universitetlərində bakalavr təhsili almaq üçün tələbə namizədləri semestrin əvvəlində bakalavr olmaq üçün ərizələrini may ayından başlayan qeydiyyat müddətində sentyabr ayına qədər təqdim etməlisiniz. Həmin sənədlərə orta məktəb diplomunuz, sağlamlıq arayışınız, iştirak etdiyiniz beynəlxalq imtahanlar varsa, həmin imtahanların bal məlumatları da təqdim etməliniz, bununla yanaşı, 3×4 ölçüdə fotoşəkiliniz və universitetə müraciət ərizə formasını doldurmaq kimi hazırlıq və qeydiyyat proseslərini vaxtında etməlisiniz. Bu məqamda diqqət edəcəyiniz digər bir nüans isə, xorvat universitetlərində mürcaiət edərkən, təqdim edəcəyiniz sənədləri vaxtında hazırlamalı və həmin sənədlərdə heç bir səhv etmədən təhsil almaq istədiyiniz universitetə təqdim etməyi diqqətdən kənarda buraxmamalısınız.

 

Şərh yaz