Skip links

Ukraynada təhsil

Tarixə nəzər saldıqda məlum olur ki, ən qədim və köklü təhsil ocaqları Avropanın şərqində, yəni Ukrayna və Rusiyadadır. Bu səbəbdən Ukrayna universitetləri dünyanın ən populyar təhsil müəssisələri sırasındadır.

Ukraynadakı universitet şəhərcikləri texnologiyaya uyğun gələn və çağımızın ehtiyaclarına cavab verə bilən müasir təhsil müəssisələridir. Kompüter proqramları ilə təchiz edilmiş dərs otaqları, ən son texnologiyaya malik laboratoriya və emalatxanalar, həmçinin tələbələrin texniki ehtiyaclarını ödəyə bilən kompüterlə təchiz olunmuş kitabxanalar sayəsində tələbələr keyfiyyətli təhsil alırlar.

Bir sistem olaraq, dünyada ən çox bəyənilən təhsil sistemlərini tətbiq edən Ukrayna universitetlərinə Boloniya müqaviləsinin meyarlarına uyğun olaraq təhsil hüququ verilir. Universitetlərin hər biri Avropa Universitetlər Assosiasiyasının üzvüdür.

Ukrayna Universitetləri dünyanın ən yaxşı 1000 reytinqindədir

Karazin Xarkov Milli Universiteti – Xarkov Universiteti

2019-cu ildə ilk 1000-likdə yer alan Ukrayna universiteti olan Xarkov Universiteti – dünyanın ən yaxşı universitetləri siyahısında 400-415 arasındadır.

Taras Şevçenko adına Kiyev Milli Universiteti – Kiyev Taras Şevçenko Universiteti

Dünyanın ən yaxşı 1000 universiteti siyahısında 410-440 aralığındadır. Bakalavriat proqramları rus, ingilis və ukrayna dillərindədir. Əsasən, iqtisadiyyat, tarix və dilçilik kimi sosial sahələri üzrə ixtisaslaşıb.

Kiyev Politexnik Universiteti – İqor Sikorski adına Kiyev Politexnik İnstitutu – Ukrayna Milli Texniki Universiteti

Berlin, Germany – 13.03.2022: Anti-war protest near Brandenburg Gate against Russian invasion of Ukraine.

Dünya reytinqində 500-560 aralığındadır. Proqram mühəndisliyi sahəsi ilə bağlı tədqiqat universitetidi və texniki sahələr üzrə ixtisaslaşıb.

Sumy Dövlət Universiteti – Sumy Universiteti

QS World University Ranking-də sürətlə yüksələn ən gənc Ukrayna universitetlərindən biridir. Ukrayna universitetləri arasında 4-cü yerdədir. Dünya reytinqində 800-1000 aralığındadır.

Universitetlərin təhsil haqları

Yaşayış standartları və tələbələr üçün ucuz imkanları ilə Ukrayna digər ölkələrlə müqayisədə daha münasibdir. Ukraynada təhsil qiymətlərinə 2000-5000$ arasında dəyişir.

Ukraynada bakalavr və ya magistratura pilləsində təhsil alan tələbələrin bir qismi universitet yataqxanalarında qalmağa üstünlük verdiyi halda, bəziləri kirayə evlə qalmağa gedirlər.

 

Kiyevdə ev kirayələri digər şəhərlərə nisbətən bir qədər yüksəkdir, lakin Türkiyənin böyük şəhərlərində yaşayan tələbələr üçün adi qiymət aralığındadır. Şəhər mərkəzindən məsafə və rahatlığı kimi kriteriyaları nəzərə alsaq, iki otaqlı evin aylıq kirayəsi 250-750 dollar arasında dəyişir.

Şərh yaz