Tək Attestatla və İmtahansız Türkiyədə Təhsil Alın – 2022 ƏN YENİ
1923-cü ildə qurulan Türkiyə dövləti sözün əsl mənasında Avropa və Asiya qitələri arasında körpü olmaqla, ölkə hər iki qitədə yerləşdir. Türkiyə dövlətinin əksəriyyəti Qərbi Asiya yerləşərək İran, İraq və Suriya ölkələri ilə həmsərhəd olsa da, kiçik bir hissəsi Cənub-Şərqi Avropada yerləşir və Bolqarıstan, Yunanıstan və Gürcüstanla həmsərhəddir. Eyni zamanda Egey, Aralıq və Qara dənizi olmaqla 3 böyük dənizin sahil xəttinə malikdir. Həmçinin Türkiyə dövləti zəngin tarixə və qədim abidələrə malik olan çoxmədəniyyətli bir ölkədir. Bununla yanaşı, hamımızında bildiyi kimi, Türkiyə dövləti bizimlə sadəcə sərhəd qonşusu deyildə, həmçinin qardaş ölkə olması azərbaycanlı tələbələrin xaricdə təhsil üçün müraciət etdiyi ən çox ölkələrdən birincisidir. Coğrafi cəhətdən yaxınlığımız, milli-mədəni bənzərliyimiz, eyni dil ailəsinə mənsubluğumuz və türk vətəndaşlarının azərbaycanlılara qarşı sevgi və hörməti bizlərə özümüzü doğma vətəmizədki kimi hiss etdirir.
Niyə Türkiyədə Təhsil Almalı?
Türkiyə dövlətində istənilən akademik təhsil dərəcəsi üzrə təhsil almağı düşünən tələbələr qərb və orta şərq mədəniyyətləri arasında körpü olan daimi inkişaf edən təhsil mühiti tapacaqlar. Türk ali təhsil müəssisələri çoxlu tədris proqramlarının olduğu və yüksək keyfiyyətli təhsil sistemi ilə tanınır. Geniş kampus imkanları. nüfuzlu universitetləri və keyfiyyətli təhsil sistemi ilə nəinki azərbaycanlı tələbələrin, hətta beynəlxalq tələbələrində Türkiyə dövlətində yerləşən ali təhsil müəssisələrində təhsil almasına əsaslı səbəb yaradır. Buna səbəb idə Türkiyə dövlətinin təhsil sahəsində atdığı uğurlu addımları və prestijli universitetləri vasitəsilə bütün dünyaya səs salmasıdır. Həmçinin Türkiyə universitetləri Avropa ölklərinində daxil olduğu Bolonya təhsil sistemini yüksək səviyyədə tədris edən proqramları əhatə edir. Beləliklə, Türkiyə dövləti universitetlərindən məzun olan tələbələrin əldə etdiyi diplomlar bütün Avropa və dünyanın demək olar ki, bütün ölkələrində tanınıb və yüksək səviyyədə qəbul olunacaqdır.
Türkiyə dövlətində yerləşən universitetlərin sayı 207 olmaqla, təxminən 60.000-dən çox təhsil proqramları var. Tədris proqramlarının genişliyi sayəsində özünüzə uyğun universitet və tədris proqramları tapmaq çox rahat olacaqdır. Hər şəhərdə ən az bir universitet yerləşməklə, Türkiyə dövləti demək olar ki, tələbə dostudur və hər universitetdə yerləşən geniş kampus imkanları, sosial klublar və idman komandaları tələbələrin təhsil müddətində sosial və aktiv həyat keçirməsinə səbəb olur. Türkiyə universitetləri ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunmuşdur. Həmçinin, universitetlərdə ingilis dili proqramların olması və Türkiyə dövlətindən asanlıqla vizanın alınması tələbələrin ali təhsil almaq üçün Türkiyəni seçməsinə səbəb olur. Bu kimi bir çox əsaslı səbəblərə görə məhz Türkiyədə təhsil almağa dəyər!
Tək Attestatla və İmtahansız Türkiyədə Təhsil
İmtahansız xaricdə təhsil almaq demək olar ki, hər bir gəncin arzusudur xüsusilə də, tələbələrin gələcək qayğılarını və imtahan qorxularını nəzərə alsaq, bu fürsətin universitet arzularının gərçəkləşməsi yolunda atılan ilk və ən möhkəm addım olduğunu söyləyə bilərik. Hər daim tələbə namizədlərini düşünən xaricdə təhsil bələdçiniz olaraq sizlər üçün tək attestatla və heç bir imtahan vermədən Türkiyənin ən qabaqcıl və prestijli universitetlərində istədiyiniz ixtisas üzrə təhsil almaq fürsəti təklif edirik! Mühəndislik, iqtisadiyyat, biznes, psixologiya, tibb, beynəlxalq münasibətlər, marketinq, hüquq, idman və bir çox başqa ixtisaslar üzrə heç bir imtahana ehtiyac olmadan tək attestatla rəsmi qəbul sənədinizi almaq fürsətini qaçırmayın! Bu fürsətdən yararlanmaq və ətraflı məlumat almaq üçün elə indi bizimlə əlaqə saxlayın heç bir imatahan vermədən və tək attestatla Türkiyədə təhsil almağa başlayın!
[bizimleelaqe]
Türkiyədə Təhsil Almaq Üçün Tələb Olunan Sənədlər Hansılardır?
Türkiyə universitetlərində təhsil almaq istəyən namizədlərin edəcəkləri ilk iş qəbul müraciətində tələb olunan sənədləri hazır etməkdən ibarət olmalıdır. Türkiyə universitetlərinin bakalavr proqramlarına qəbul olmaq üçün tələbə namizədlərdən tələb olunan sənədləri aşağıdakı kimi sadalaya bilərik:
- Attestat sənədi
- Şəxsiyyət vəsiqəsi
- Doğum haqqında şəhadətnamə
- 3×4 ölçüdə olan 6 ədəd fotoşəkil
- Xüsusi xəstəliklər üçün tibbi arayış
[bizimleelaqe]