Skip links

TR YÖS – Türkiyə Xarici Tələbə Qəbulu İmtahanı Üçün Müraciət – 2023

Yabancı Uyruklu Öğrenci Sınavı olan YÖS adından da göründüyü kimi, əcnəbi tələbə namizədlərin Türkiyədəki universitetlərə qəbul olmaq və təhsil almaq üçün verməli olduqları imtahandır. Türkiyənin bəzi dövlət və özəl universitetləri YÖS imtahanı ilə əcnəbi tələbələri qəbul edir və YÖS imtahan sualları digər universitetlərə qəbul imtahanlarından fərqlidir.

Bundan əlavə, xarici tələbələr YÖS imtahanında iştirak etmək üçün müəyyən YÖS şərtlərini yerinə yetirməlidirlər. Belə ki, xarici vətəndaşların namizəd tələbələri üçün əsas şərt ondan ibarətdir ki, onlar orta məktəbin son sinfində oxumalı və ya məzun olmalıdırlar. YÖS imtahanı ilə tələbə qəbul edən universitetlər kontentajları özləri müəyyən edirlər və imtahan nəticələri universitetlər tərəfindən açıqlanır. YÖS imtahanı ilə əcnəbi tələbələr Tibb, Mühəndislik, Memarlıq, Hüquq, Psixologiya, Əczaçılıq və Müəllimlik kimi bir çox fərqli ixtisaslarda təhsil ala bilərlər.

TR YÖS – (Türkiyə Xarici Tələbə Qəbulu) İmtahanı Üçün Müraciət Tarixi

Türkiyə Xarici Tələbə Qəbulu İmtahanı (YÖS) ÖSYM tərəfindən 29 yanvar 2023-cü il tarixində həyata keçiriləcəkdir və imtahanda iştirak etmək üçün ərizələr 24 noyabr – 5 dekabr 2022-ci il tarixləri arasında qəbul ediləcəkdir. Namizədlər fərdi qaydad ÖSYM-in https://tryos.osym.gov.trp rəsmi internet saytından və ya ÖSYM-nin müraciət mərkəzindən müraciət edə bilərlər.

Türkiyənin Ali Təhsil Şurası, yəni Yüksek Öğretim Kurumu tərəfindən 23 iyun 2021-ci il tarixli iclasına qəbul edilən qərarlara uyğun olaraq, universitetlər tərəfindən hər il keçirilən Yabancı Öğrenci Sınavı-nın (YÖS) 2022-ci ildən etibarən ÖSYM nəzdində mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə dair qərar verildiyi barədə məlumat yayılmışdı. Lakin Mərkəzi Xarici Tələbə Qəbulu İmtahanının (MYÖS) keçirilməsi ilə bağlı əvvəlki qərar ləğv edilmişdir.

Belə ki, əvəzində “Türkiyə Xarici Tələbə Qəbulu İmtahanı (TR-YÖS)” olaraq keçirilməsi qərarı alınmışdır. ÖSYM tərəfindən ilk dəfə keçiriləcək Türkiyə Xarici Tələbə Qəbulu İmtahanının (TR-YÖS) birincisi 2023-cü ilin yanvar ayında keçirilməsi nəzərdə tutulmuşdur. Türkiyə Xarici Tələbə Qəbulu İmtahanı (TR-YÖS) nəticələrinin istifadəsi YÖK tərəfindən ali təhsil müəssisələrinə tövsiyə olunacaqdır.

 

Şərh yaz