Skip links

Beynəlxalq Tələbələr İtaliyada Hansı Sahələrdə İş Tapa Bilərlər?

Aralıq dənizinin göbəyində yerləşən İtaliya, Roma İmperiyasından bəri köklü tarixi, elm və incəsənət sahələrindəki yenilikləri və ixtiraları ilə keçmişdən bu günə adından söz etdirməyi bacaran möhtəşəm gözəlliklər ölkəsidir. YUNESKO-nun Ümumdünya İrs siyahısındakı 51 yerlə mədəni zənginliyinz gücləndirən İtaliya, karyera qurmaq istəyən beynəlxalq tələbələr üçün ilk seçim olaraq dünyanın ən qədim və yüksək keyfiyyətli təhsil müəssisələrinə ev sahibliyi edir. Gəlin, məzun olduqdan sonra İtaliyada karyera qurmağa necə başlaya biləcəyinizi və iş imkanlarını nəzərdən keçirək!

İtaliyada Karyera İmkanları

İtaliyada karyera qurmaq istəyənlər üçün bu ölkədə dünyanın ən tanınmış şirkətlərindən bəziləri yerləşir və hətta bu şirkətlərdə təhsil alarkən təcrübə keçmək ölkənizdəki iş müraciətlərindəki zəngin CV-nizlə sizi heyran buraxacaqdır. Fiat, Ducati, Maserati, Ferrari, xüsusilə sənaye dizaynı və maşınqayırma sahələrində; Moda və tekstil sahələrində Armani, Versaci, Gucci, Benetton və Prada; Qida sanəyesində Ferrero və Barilla kimi dünya nənəhgləri ilə İtaliyada karyera qurmaq imkanınız geniş olacaqdır.

İtaliyada işləmək istəyən yeni məzunlara və iş axtaranlara isə tövsiyəmiz odur ki, beynəlxalq şirkətlərdə ingilis dili danışılsa da, uzunmüddətli işləmək və yaşamaq planları olanlar da italyan dilini öyrənməyə həvəsli olmalıdırlar. Bundan əlavə, internetdə iş axtarışlarınızı edərkən;

  • Lavorare.net
  • Combio Lavoro
  • CliccaLavoro
  • Cerco Lavoro kimi saytlardan yararlana bilərsiniz və eyni zamanda, xüsusilə Linkedİn-də açdığınız profil səhifəsi ilə beynəlxalq şirtkətlərə müraciətlərinizi edə, dizayn portfoliolarınızda Behance kimi saytlardan istifadə edə bilərsiniz.

Hansı Sahələrdə İş Tapa Bilərsiniz?

İtaliyada işləmək istəyən məzunlar üçün avtomobildən modaya, turizmdən dizayna və qidaya qədər bir çox sektorda iş imkanları olsa da, 2007-ci ildəki iqtisadi böhrandan sonra xaricdən işləməyə gələnlər üçün İtaliyada iş tapmaq bir qədər çətindir.

Buna baxmayaraq, ölkə qapılarını dünyanın hər yerindən beynəlxalq ixtisaslı işçilərə açıb. Xüsusilə, turizm sənayesinin ehtiyac duyduğu rəhbərlik və ingilis dilinin tədrisi kimi sahələrdə sıx iş tələbləri var. Dünyanın 8-ci ən böyük iqtisadiyyatı olan ölkədə şərab və zeytun yağı ixracının sıx olduğu qida sektorunda iş axtaranlar və avtomobillər və moda sahəsində lüks məhsullar üzrə ixtisaslaşmış dizaynerlər üçün hər zaman İtaliyada karyera qurmaq imkanı var.

Beynəlxalq Tələbələr üçün İtaliyada Təhsil Şərtləri

Əgər beynəlxalq tələbə kimi İtaliyada bir universitetdə oxuyursunuzsa və məzuniyyətiniz yaxınlaşırsa, karyeranız üçün addımlar atmağın vaxtıdır. Ümumiyyətlə, bakalavriat təhsilini başa vuran tələbələr ölkədə təcrübə keçmək şansı qazandıqları üçün qurduqları sosial mühit sayəsində məzun olduqdan sonra iş tapmaq daha şanslı olacaqlar.

Eyni zamanda, İtaliya universitetlərində təhsil alan əcnəbi tələbələrə ildə 1040 saata qədər işləməyə icazə verilir. İşləmək və oxuyarkən pula qənaət etmək dost əhatənizi genişləndirməyə və xarici dilinizi təkmilləşdirməyə kömək etsə də, ölkənin mədəniyyətinə öyrəşmək və insanlarla asanlıqla ünsiyyət qurmağı öyrənmək məzun olduqdan sonra istədiyiniz sektor üzrə sizi iş axtararkən və işləyərkən daha simpatik və praktik edəcəkdir. Magistratura proqramlarında təhsil alan tələbələr məzun olduqdan sonra 12 aya qədər ölkədə qalıb iş axtara bilərlər. Əgər iş tapsanız, tələbə yaşayış icazənizi iş icazəsi ilə əvəz edə bilərsiniz.

Unutmayın;

  • Xaricdə işləmək göründüyü qədər asan deyil. Gedəcəyiniz ölkə istət İtaliya olsun, istərsə də başqa bir ölkə olsun, həyatınızdakı bu köklü dəyişiklik üçün yaxşı araşdırmalar aparmaq və ilk aylarda məşğulluq, yaşayış və qida xərcləri üçün maddi kifayətliliyin olması vacibdir.
  • Ölkəni tanımaq, mədəniyyət və həyat vərdişlərini öyrənmək üçün 5-6 ay öncədən müraciət etməklə mövsümi işlərdə çalışa və könüllü xidmətlərdə iştirak edə bilərsiniz.
  • Nəzərə alsaq ki, sizin kimi çolu yeni məzunlar iş axtarır və İtaliyada iş imkanları axtaran İtaliya vətəndaşları var, siz bu rəqabət mühitində həqiqətən ixtisaslı və təchiz olunmalısınız. Hazırlayacağınız CV, portfolio və layihə fayllarınızın tam və göz oxşayan görünməsinə əmin olun.
  • İngilis dili ilə yanaşı, İtaliyada işləmək istəyən məzunlar üçün xüsusilə şimal bölgələrində alman, fransız və sloven dillərindən birini bilmək faydalıdır.
  • Ölkədə orta iş saatı həftədə 40 saatdır və ən azı 4 həftə illik məzuniyyət var.
  • Ərizlərinizdə universitet diplomunuz, sertifikatlarınız və CV-niz başqa cür göstərilmədiyi halda italyan dilində olmalıdır.
  • Rəhbərlik xidmətləri İtaliyada təhsil alan tələbələrə təhsil aldıqları universitetlərdə iş axtarışı zamanı köməklik göstərir.

Şərh yaz