Skip links

Qiyabi Təhsil Nədir? | Türkiyədə Qiyabi Təhsil Almaq

Niyə Türkiyədə Təhsil Almalı?

Avropa ilə Yaxın Şərq arasında körpü rolu oynayan Türkiyə, güclü mədəni və siyasi təsirlərə malik genişlənən bir ölkədir və qərbdə Yunanıstan və Bolqarıstan, şərqdə Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənub-şərqdə isə İraq və Suriya ölkələri ilə həmsərhəddir. Türkiyə həm də Aralıq dənizi ilə Qara dəniz arasında bir qapı rolunu oynayır. Türkiyə dövlətinin paytaxtının Ankara şəhəri olmasına baxmayaraq, ən böyük və ən əhəmiyyətli şəhəri İstanbuldur. İstanbul şəhəri ölkənin qərbində Avropa ilə Asiyanı ayıran Boğaziçi boğazı ilə şəhərin mərkəzindən keçir və digər böyük şəhərlərə isə Bodrum, Antalya, Qaziantep və İzmir şəhərləri daxildir.

Türkiyə dövləti uzun müddətdir həm Avropada, həm də Yaxın Şərqdə mühüm rol oynayıb və bu rol, bu gün də Türkiyə dövlətinin mədəniyyətində, adət-ənənələrində, hətta türk dilində də öz əksini tapmaqdadır. Türkiyə canlı bir yerdir və bu canlılıq, onun açıq, mehriban ab-havası və böyük qonaqpərvərliyi ilə bağlı reputasiyasında özünü göstərir. Hardan gəlirsəniz gəlin, Türkiyədə nə vaxtsa kimsə sizin və vətəniniz haqqında daha çox bilmək istəyəcəkdir.

turkiye tehsil sistemi

Bununla belə, daha aşağı yaşam xərcləri və beynəlxalq tələbə namizədləri üçün kifayət qədər asan viza prosedurları sayəsində Türkiyə həm də xaricdə təhsilin qaynar nöqtəsinə çevrilmişdir. Türkiyə daxilində, xüsusən də İstanbuldakı universitetlər xaricdə semestrlər və hətta tam ixtisaslar üçün gütdikcə daha da populyarlaşır. Buna görə də, ölkənin tarixinin, mədəniyyətinin, təbii gözəlliklərinin və memarlıq xəzinələri ilə Türkiyənin hər addımda, həm tələbələr, həm də tursitlər arasında bu qədər məşhur olması təəccüblü deyil.

Türkiyədə Qiyabi Təhsil Almaq

Ölkəni tərk etmədən Türkiyə universitetlərinin heç birində imtahan vermədən, tək attestat sənədiniz və hansı dərəcə ilə bitirməyinizdən asılı olmayaraq, universitet diplomlarınız ilə təhsil ala bilərsiniz. Təhsil aldığınız müddət ərzində isə yalnız semestr imtahanları zamanı, yəni 6 aydan bir Türkiyə dövlətinə gedib imtahanlarda iştirak etməyiniz lazım olacaqdır. Türkiyə universitetlərinin bir çoxu tələbə namizədləri üçün qiyabi təhsil proqramları təklif etməkdədir və həmin universitetlər arasında Qazi Universiteti, Sakarya Universiteti, Ankara Universiteti, ODTÜ və Mersin Universiteti kimi prestijli və beynəlxalq nüfuza malik universitetlər yer almaqdadır.

Şərh yaz