Skip links

İngiltərədə Təqaüdlü Təhsil Verən 5 Universitet

Böyük Britaniyada təhsiliniz üçün maliyyə dəstəyi almaq istərdinizmi? Böyük Britaniya höküməti və universitetləri tərəfindən ölkədəki təhsil müəssisəsinə müraciət etməyi düşünən beynəlxalq tələblər üçün çoxlu təqaüdlər var. Dünyanın ən keyfiyyətli və hörmətli qurumlarına ev sahibliyi edən Böyük Britaniyada təqaüdlər və fondlar çox müxtəlif olsa da, rəqabət yüksəkdir, ona görə də universitetlər ən istedadlı və ugurlu tələbləri cəlb etmək üçün təqaüdlərinin sayını artırır və ABŞ-dan sonra ən çox əcnəbi tələbəyə ev sahibliyi edən ölkə dünyanın ikinci ən populyar təhsil yerlərindən biridir. Gəlin birlikdə İngiltərədə təqaüdlü təhsil təklif edən universitetlərə nəzər salaq!

ingilterede tehsil

Universitety of Reading

Tədqiqat sahəsində Böyük Britaniyanın ən yaxşı 20 universitetindən biri kimi adından söz etdirən Reading Universiteti 1892-ci ildə Berkşir bölgəsində yaradılmiş dövlət təhsil müəssisidir və 140-dan çox ölkədən 5000-dən xarici tələbinin yaşadığı universitet Londondan 35 dəqiqəlik məsafədə olduğu üçün populyarlığını artımışdır. Məktəbin tədqiqqat və tədris keyfiyyəti onu dünyanın ən yaxşı 200 universiteti sırasına daxil edir və 350-dən bakalavr və magistr proramı ilə tələbələri heyran buraxır. Ümumiyyətlə, universitetində təhsil almanızın ən mühüm səbəblərini aşağıdakı kimi sadalaya bilərik;

  • Geniş tədqiqat imkanları; Əgər tədqiqat sahəsində aparıcı mütəxəssislərdən dünya səviyyəli təhsil almaq istəyirsinizsə Reading Universiteti sizin üçündür.
  • Siz öz tədqiqat mövzusunuzu seçə və ya ətraf mühit qida sağlamlıq yaradıcılıq kimi fənlərdə xüsusi bir layihə üzərində işləyə bilərsiniz və bununla yanaşı, siz əla təhsil sistemlərində və tədqiqat obyektlərində təhsil alacaqsınız.
  • Təhsiliniz boyu dəstək alacaq və özünüzü yad hiss etməyəcəyiniz multikultural mühitdə yaşayacaqsınız və150 ildən artıqdır ki, təhsil verən mükafatlı park sahəsi olan məktəbin kampusunda xoş və təhlükəsiz mühitdə təhsil alacaqsınız.

Böyük Britaniyada təqaüdlə təhsil almaq istəyən tələbələr üçün ilk seçimlərdən olan Reading Universiteti geniş maliyyə dəstəyi təklif edir. Onların arasında; Chevening Təqaüdləri, Hüquq Fakültəsi Beynəlxalq Təqaüdləri, Beynəlxalq Magistr Təqaüdləri, Henley Biznes Məktəbi Təqaüdləri və Universitet Beynəlxalq Tədqiqat Təqaüdləri ən məhşurdur. Təqaüdlər haqqında daha ətraflı məlumat üçün universitetin saytında beynəlxalq tələbə maliyyə dəstəyi qrupundan məlumat ala bilərsiniz.

Universitety of Birmingham

1900-cü ildə Kraliça Viktoriya tərəfindən qurulan Birmingham Universiteti dünyanın ən yaxşı 100 təhsil müəssisəsi arasında yer alan ictimai tədqiqat universitetidir. Tələbələ namizədləri üçün İngiltərənin mərkəzində maraqlı və canlı ab-havası ilə ziyarətçiləri ovsunlayan Birmingem şəhərində beynəlxalq ictimaiyyətin bir hissəsi olmaq və mükəmməl təhsil almaq qeyri-adi təcrübə olacaqdır. 150 ölkədən 6500-dən çox beynəlxalq tələbə qebul edən Birmingham Universitetində təhsil almağın üstünlüklərini aşağıdakı kimi sadalaya bilərik;

  • Qlobal universitetdə oxumaqla siz beynəlxalq biznes imkanlarınızı artırırsınız və Birmingem Universiteti güclü sənaye əlaqələri sayəsində xüsusilə də, kimya mühəndisliyi və biomühəndislik sahəsində tədqiqat və iş imkanları təklif edir.
  • Siz Avropanın ən gənc və İngiltərənin ən yaşıl şəhərlərindən birində, Londandan 2 saatlıq məsafədə, hava limanı və qatar stansiyasının yaxınlığında və 11 Nobel mükafatı laureatı və ekspert akademik heyəti ilə siz tədqiqat intevsiv təhsil verən aparıcı universitetlərdən birində təhsil alacaqsınız.
  • 300-dən çox zəngin bakalavr və magistr proqramlarınfan birini seçmək imkanınız var və siz Moda İncəsənət İnstitutu, Cadbury Araşdırma Kitabxanası və Brammal Musiqi Binası ilə mədəni fəaliyyətlərə və tədbirlərə daxil ola bilərsiz.

Xaricdə təqaüdlə təhsil almaq istəyirsinizsə; Birmingham Universiteti beynəlxalq tələbələrin təhsil və yaşayış xərclərini ödəmək üçün maliyyə dəstəyi təklif edir. Bölgələrə və ölkələrə görə dəyişən təqaüdlər arasında yüksək səviyyəli bakalavr tələbələri və magistr təhsili almaq istəyən azərbaycanlı tələbələrin müraciət edə biləcəyi Jean Monnet proqramı var və daha ətraflı məlumat üçün universitetin təqaüd səhifəsini yoxlaya bilrərsiniz.

Imperial College London

İngilis universitetlərinə gəlincə, paytaxt Londonda tarixi 1823-cü ilə qədər uzanan İmperial College London, Aleksandr Fleminqin Penisilin kəşfi də daxil olmaqla,14 Nobel mükafatı ilə beynəlxalq tələbələrin ən çox seçildiyi dövlət araşdırma universitetlərindən biridir. Məktəbin əsas şəhərciyi Viktoriya və Albert Muzeyi Təbiət Tarixi Muzeyi və Royal Albert Hall kimi rəqəmsal mədəniyyət qurumlarına yaxınlığı ilə diqqət çəkir və Böyük Britaniyanın elm, mühəndislik, tibb və biznes kimi sahələrə xüsusi diqqət yetirən ən yaxşı məktəblərindən biri olan İmperial College London dünyanın ən maraqlı şəhərlərindən birinin mərkəzində yerləşir.

Sektorlarla əlaqələri sayəsində 130 ölkədən olan beynəlxalq tələbələrinə parlaq karyera fürsəti təqdim edən məktəb həm də təcrübə sayəsində CV-nizlə seçilmək şansı da verir. Müxtəlif beynəlxalq tələbə təqaüdləri ilə universitet istedadlı və uğurlu bakalavr və magistr tələbələri üçün Böyük Britaniyanın ən səxavətli təqaüd imkanların təklif edir. Onların arasında; Prezidentin Bakalavr Təqaüdləri; Yüksək akademik mükəmməlliyə malik istənilən millətdən olan tələbələr üçün təqaüdlərdir və Xarici Təqaüdlər; Bunlar xüsusilə ölkədə mühəndislik və tibb sahəsində təhsil alan bakalavr və magistr tələbələrinə təklif olunan müxtəlif təqaüdlərdir.

Universitety of Bristol

İngiltərədə təqaüdlü başqa bir universitet olan Bristol Universiteti 6 fakültə, 23 akademik proqram və ədəbiyyat, tibb və baytarlıq, elm, mühəndislik, sosial elmlər, hüquq və stomatologiya daxil olmaqla, 200-dən çox bakalavr proqramına ev sahibliyi edən universitet, kimya, ədəbiyyat və iqtisadiyyat sahələrində də, dünya səviyyəli kəşflər edir. Kimya sahələrində 13 Nobel mükafatı qazanan universitet xüsusilə də, kompüter elmləri, elektrik və elektron mühəndislik, biologiya elmləri və riyaziyyat kimi sahələr ilə də tələbələrin diqqətini özünə cəlb etməklə, beynəlxalq tələbələr üçün populyar bir məktəb olan Bristol Universiteti bu fənlər üzrə bütün dünyada yüsək yer tutur. Əgər qərar verə bilmirsinizsə, gəlin niyə Bristol şəhərini seçməli olduğunuza dair bir neçə maddəyə nəzər salaq;

  • Dünyanın hər yerindən ən yaxşı və uğurlu tələbə kollektivi
  • Yaşıl əraziləri və canlı şəhər həyatı ilə əla yer
  • Beynəlxalq tələbələrə təklif olunan maliyyə dəstəyi
  • Araşdırma da aparıcı universitet
  • İstənilən zövqə və büdcəyə uyğun yaşayış
  • Təhlükəsiz tələbə mühiti və əla karyera imkanları.

İngiltərənin cənub-qərbindəki Bristol şəhərində qurulan universitet tələbələrə maraqlı multikultural kampus mühiti təklif edir və ölkənin ən böyük media mərkəzlərindən biri olan şəhər isə mərkəz olaraq yaradıcılıq üçün rəssamları, dizaynerləri, yazıçıları və aktyorları özünə cəlb edir. Bununla yanaşı, Bristol Universiteti tələbələrinə çoxsaylı imkanlar təklif edir, xüsusən Think Big Bakalavr Təqaüdləri və Think Big Magistr Təqaüdləri ilə bakalavr tələbələrindən təhsil haqlarının 25%-dən 100%-ə qədərini əhatə edən maliyyə dəstəyi üçün tibb, stomatologiya və baytarlıq üzrə tam gün təhsil almalarını tələb edir.

The University of Westminster

1838-ci ildə əsası qoyulan Westminster Universiteti zəngin tarixi ilə dünyanın 150-dən çox ölkəsindən olan beynəlxalq tələbələri paytaxt Londonda qəbul edir. Qabaqcıl innovativ proqramlar, ixtiralar və öz sahələrində aparıcı mütəxəssislərin zəngin tarixi ilə universitet Londonun 4 kampusunda 20.000-dən çox tələbəyə ev sahibliyi edir. İngiltərə təqaüd baxımından zəngin ölkə olsa da, London kimi kosmopolit şəhərlərdə təhsil almaq və yaşamaq kifayət qədər bahadır. Westminster Universiteti xaricdə təqaüd almaq istəyən tələbələrə təhsil haqqının, yaşayış yerinin, yaşayış xərclərinin və uçuş xərclərinin yarısını və ya hamısını əhatə edən maliyyə dəstəyi təklif edir. Təqaüdlər haqqında daha ətraflı məlumatı universitetlərin rəsmi saytlarından tapa bilərsiniz.

Şərh yaz