Fransa Ali Təhsil Sistemi | Fransada Bakalavr və Magistratura Təhsili
Dünyanının ən məşhur yerlərindən biri olan Fransa, hər il 300.000-dən çox beynəlxalq tələbə ilə xaricdə təhsil almaq üçün ən yaxşı ölkələrdən biridir. Fransada təhsil almağa qərar verdiyiniz zaman, ölkə mürəkkəb və dinamik mühit axtaran hər tələbəyə unikal akademik təcrübə təklif edir. Ölkənin mədəniyyətinin, mətbəxinin cazibəsi və mükəmməlliyi oxu xaricdə təhsil almaq istəyən tələbə namizədləri üçün ilk seçimlərdən birinə çevirir.
Bununla yanaşı, Fransada təhsil keyfiyyətinin yükəkliyi və ölkədə çoxlu sayda yüksək reytinqli universitetlərin olması xaricdə təhsil almaq istəyən beynəlxalq tələbə namizədləri üçün də bir nömrəli seçim halına gətirir. Ali təhsil sistemi güclü dövlət dəstəyinə əsaslanır və Fransada tədqiqat şöbələri və biznes məktəbləri ilə dünyanın ən yaxşıları sırasındadır. Fransada təhsil almaq üçün müraciət etməzdən əvvəl bu ölkədə ali təhsil sisteminin necə işlədiyini başa düşməyinizi tövsiyə edib, sizlərlə bilməli olduğunuz ən vacib məqamları paylaşırıq…
Fransa Ali Təhsil Sistemi
Fransa universitet sistemi şaxələndirilmiş təhsil, interaktiv təhsili mühiti ilə xarakterizə olunur və yüksək keyfiyyətli təhsilinin çatdırılmasına diqqət yetirir. Hər il təxminən 2.5 milyon tələbə qəbulu həyata keçirən Fransız universitetlərinin 12%-ini xaricdən olan beynəlxalq tələbə namizədləri təşkil edir və Fransada beynəlxalq tələbə olaraq siz bakalavr, magistr və ya doktorantura dərəcələrinin geniş proqramları arasından seçim edə və təhsil almağa başlaya bilərsiniz. Nəinki bu proqram növləri, həmçinin Fransada MBA dərəcəsi də ali təhsil dərəcəsi üçün əla seçim hesab olunur, çünki Fransa dünyanın 7-ci, Avropanın isə 3-cü ən böyük iqtisadiyyatına malik ölkədir və ümumiyyətlə, biznes öyrənmək üçün əla ölkədir!
Fransa universitet sistemi 72 universitetdən və 200-dən çox biznes və mühəndislik institutundan, həmçinin 3500-dən çox özəl və dövlət ali təhsil qurumundan ibarətdir. Fransada universitetlər Avropa Kreditlərinə (AKTS) əsaslanan Avropa “Bolonya” sisteminə uyğun olaraq üç növ dərəcə verirlər. Bakalavr dərəcəsi Bakalavr Peşekardır və 3 il davam edir, Magistr dərəcəsi intizamdan asılı olaraq təxminən 5 il çəkir və Doktorluq dərəcəsi isə ən azı 8 illik təhsildən sonra verilir. Fransız universitet sistemini beynəlxalq tələbələr üçün daha cəlbedici edən tamamilə ingilis dilində təhsil almaq imkanıdır və yüzlərlə tədris proqramı tapa bilərsiniz! Bunun üçün sadəcə ingilis dil biliyiniz TOEFL və ya İELTS imtahanı ilə sübut etməlisiniz. Ancaq fransız dilində təhsil almağı planlaşdırırsınızsa, DELF, DALF, TCF və TEF imtahanları ilə sübut etmək kifayətdir.
Fransada Bakalavr Təhsili Almaq
Fransada bakalavr dərəcəsi almaq üçün ölkənizdən orta məktəb diplomu və ya bakalavr ekvivalentiniz olmalıdır. Tədris ili proqramdan asılı olaraq sentyabr və oktyabr aylarında başlayır və növbəti ilin iyun ayına qədər davam edir. Nəzərə alın ki, tam hazır olmaq üçün siz tədris ilinin başlanmasına ən az iki ay qalmış universitetlərə müraciət etməlisiniz. Siz həmçinin fransız və ya ingilis dillərində dil biliyininizi təsdiq edən sənədlərinizi və orta təhsilinizdən iştirak edən etdiyiniz bütün kursların ətraflı transkritplərini də təqdim etməlisiniz. Fransada bakalavr proqramına müraciət etmək üçün seçdiyiniz universitetin ərizə formasını doldurmalısınız. Siz ərizəni hər bir universitetin saytında yükləyə və sonra proqramınız üçün tələbə olunan bütün sənəd və göstəriciləri qəbul komissiyasına təqdim edə bilərsiniz.
Fransada Magistr Təhsili Almaq
Fransa universitetindən magistr dərəcəsi, Diplome National de Master (DNM) və ya öz ölkənizdən oxşar magistr proqramını bitirdikdən sonra verilir. Fransada siz standart magistr dərəcələrini, xüsusən memarlıq, biznes və ya mühəndislik kimi sahələrdə, həmçinin müəyyən bir universitet üçün yaradılmış magistr dərəcələrini tapa bilərsiniz. Fransada dörd növ magistr və hər birinin öz mövzusu, müddəti və universitetlər tərəfindən müəyyən edilən giriş tələbləri var.
Fransada Doktorantura Təhsili Almaq
Fransız doktorluq dərəcələrinə diqqət tədqiqat kursları, təlim sessiyaları və doktorluq dissertasiyasiyasının yazılması kimi bir neçə fərqli komponentlə praktiki təlimdir. Fransada PhD dərəcəsi üçün akademik ödənişlər Avropa və qeyr-Avropalı tələbələr üçün eynidir. Bununla belə, dərəcənin qiyməti özəl və ya dövlət universitetində oxumağı seçməyinizdən asılı olaraq dəyişə bilər. Doktorantura müqavilələri (müqavilə doktoranturları) əsasən dövlət universitetləri tərəfindən PhD təhsili alan tələbələrə təklif olunan laboratoriyada iş yerləridir. Doktorluq dərəcələri “PhD Məktəbləri” adlanan qurumlar tərəfindən qurumlar təşkil edilir və ölkə üzrə 2000-dən çox tədqiqat laboratoriyası ilə əlaqəli təxminən 270 doktoruntura universiteti var.