Skip links

Fransada Təhsil Ala Biləcəyiniz Ən Yaxşı İxtisaslar Hansılardır?

Keçmişdən bu günə qədər Fransa dünyanın ən məşhur xaricdə təhsil istiqamətlərindən biri kimi adını qoruyub saxlayır və təəccüblü deyil ki, beynəlxalq tələbələr hər il təhsil almaq üçün ölkəni seçilər. İntellektual və bədii imici ilə tanınan ölkədə təhsil ala biləcəyiniz çoxlu keyfiyyətli ali təhsil ocaqları var və biz sizin üçün ən populyar və ən yaxşı ixtisasları araşdırdıq!

fransada tehsil sistemi

Moda dizaynı

Fransa Paris şəhəri ilə dünyanın moda mərkəzi olmağa davam edir. Stil və zəriflik dedikdə, moda dedikdə ağıla ilk gələn, moda anlayışının inkişaf etdiyi və geyim sənayesinin ilk addımlarının atıldığı, tanınmış və əhəmiyyətli modaya ev sahibliyi edən ölkədir. Christian Dior və Yves Saint Laurent ilə başlayan moda sənayesi, Coco Chanel, Louis Vuitton, Jean-Paul Gaultier və Thierry Mugler kimi adlarla yüksək moda, yəni fərdi dizaynların inkişafı ilə davam etmişdir.

Fransada təhsil almaq istəyən beynəlxalt tələbələr üçün moda dizaynı məktəbləri dünya miqyasında tanınmış prestij və nüfuza malikdir. Əgər siz də yaradıcılığınıza güvənirsinizsə, parçalar və tekstil məhsulları ilə maraqlanırsınızsa, bir marka və məhsul üçün lazımi kolleksiya yaratmaq bacarığınız olduğunu düşünürsünüzsə, Fransanın sizin üçün ölkə olduğunu deyə bilərik. Ölkənin ən mühüm universitetləri arasında İnstitut Français de la Mode (İFM), ESMOD France, Paris Fashion İnstitue, New School Parsons Paris var.

Aşbazlıq və qastronomiya

Fransadan söz düşəndə kulinariya mədəniyyətindən danışmamaq, aşbazlıq və xəmirlə bağlı ixtisasları araşdırmamaq mümkün deyil. Dünyanın qastranomiya paytaxtında təhsil almaq, karyerasını aşpaz kimi davam etdirmək istəyən tələbələr üçün fövqəladə təcrübə olacaq və bu, Fransanın universitet şöbələri arasında ən çox diqqəti cəlb edir. Siz yemək bişirməyin icəliklərindən süfrə düzümünə, biznes və kulinariya texnologiylarının idarə edilməsindən tutmuş kompyuter bacarıqlarına qədər bir çox kursların tədris olunduğu ali məktəblərdə oxuyarkən fransız dili kurslarına qatıla bilərsiniz. Bundan əlavə, üzüm bağları və dünyaca məşhur şərab markaları ilə də tanınan Fransada təhsiliniz müddətində bir Fransız restoranında, çörək və ya pastenələrdə təcrübə də keçə və fransız aşpazlarla çalışaraq bunu tamamlaya bilərsiniz.

Elm və texnologiya

Fransada universitet və ixtisaslara gəlincə, fizika və kimya üzrə 20-dən çox Nobel mükafatı olan ölkədə elm və texnologiya sahəsində təhsili qeyd etməmək mümkün deyil. Fransada təhsil almağı düşünən tələbələr; biologiya, kimya, ətraf mühit və ekologiya, genetika, mikrobiologiya və fizika kimi alt sahələr üzrə beynəlxalq səviyyədə tanınmış və innovativ tədqiqatlara ev sahibliyi edən universitetlərdə təhsil almaq imkanı əldə edirlə. Fransa; onun modelləşdirmə və mühəndislik laboratoriyaları, nüvə fizikası, atom fizikası, nanoelm üzrə tədqiqatları; Xərçəng və HİV virusu başda olmaqla bir çox elmi kəşflər etmiş mükafatlı və ekspert akademikləri ilə heyran qalır.

fransada tehsil sistemi

Biznes

Fransada biznes və MBA təhsili almaq istəyən beynəlxalq təbələrin sayı ildən-ilə artır və Avropada İngiltərədən sonra ən yaxşı biznes məktəblərinə sahib ölkə, aşağı təhsil haqları, beynəlxalq diplomlar və hökumət təqaüdləri tələbələr tərəfindən tez-tez üstünlük verilməsinin səbəbidir. Fransada biznes təhsili 4 il olduğu halda, MBA təhsili 1-2 il müddəti əhatə edir.

Leave a comment