Skip links

Türkiyədə Dövlət və Özəl Universitetləri: Müqayisə

Türkiyə, həm türk, həm də beynəlxalq tələbələr üçün ən çox seçim olunan ölkələrdəndir. Türkiyədə keyfiyyətli təhsil alıb və prestijli ixtisaslardan məzun olmaqla beynəlxalq mühitlərdə rahatlıqla çalışmaq olar. 

Bəs Türkiyədə dövlət universitetlərini seçmək lazımdır, yoxsa özəl? 

Bu yazıda xaricdə təhsil mütəxəssislərinin nəzərindən Türkiyədə dövlət və özəl universitetlər arasındakı əsas fərqlər, üstünlüklər və zəif cəhətlər, eləcə də hər iki qrupun ən nüfuzlu ali məktəbləri və onların güclü sahələri sizə bildirəcəyik.

Türkiyədə dövlət və özəl universitetlərin fərqləri

Təhsil haqqı və maliyyə

  • Dövlət universitetləri: Ən böyük üstünlüyü minimal təhsil haqqıdır. Türk vətəndaşları ilə yanaşı, bəzi hallarda xarici tələbələr də münasib ödənişlərlə təhsil ala bilirlər. İxtisasdan asılı olaraq, illik ödənişlər təxmini 500-2000 TL aralığından başlayır
  • Özəl universitetlər: Özəl təhsil müəssisələrində təhsil haqqı yüksəkdir. Lakin təqaüd proqramları vasitəsilə bu xərcləri azaltmaq mümkündür. Təhsil haqları illik ortalama 30.000 – 90.000 TL aralığından başlayır.

Tədris keyfiyyəti və beynəlxalqlaşma

  • Dövlət universitetləri daha köklü tarixə malikdir, akademik heyət və tədqiqat imkanları genişdir. 
  • Özəl universitetlər isə daha müasir infrastruktura malikdir və ingilis dilində tədris olunan proqramların sayı da daha çoxdur.

Müraciət prosesi və qəbul meyarları

  • Dövlət universitetlərinə qəbul üçün əksər hallarda YÖS imtahanı, bəzən SAT və dil sertifikatları tələb olunur.
  • Özəl universitetlərdə isə daha çevik qəbul siyasəti mövcuddur. Bəzi hallarda yalnız attestat və motivasiya məktubu əsasında qəbul mümkündür.

Türkiyənin ən yaxşı dövlət universitetləri 

Boğaziçi Universiteti (Boğaziçi Üniversitesi). İstanbulda yerləşən və Türkiyənin ən prestijli universitetlərindən biri sayılan Boğaziçi, yüksək akademik standartları və beynəlxalq əlaqələri ilə tanınır. 

Orta Doğu Texniki Universiteti – ODTÜ. Ankarada yerləşən bu universitet, xüsusilə texniki və elmi sahələr üzrə beynəlxalq səviyyədə tanınır. Tədqiqat yönümlü təhsili ilə fərqlənir.

İstanbul Texniki Universiteti (İTÜ). Ən qədim texniki universitetlərdən biri olan İTÜ mühəndislik və texnologiya sahəsində ixtisaslaşmışdır. Beynəlxalq akkreditasiyalara malikdir.

Hacettepe Universiteti. Xüsusilə səhiyyə və tibbi sahələrdə yüksək reytinqə malikdir. Tibb fakültəsi və biotexnologiya üzrə tədqiqatlar ön plandadır.

Ankara Universiteti. Hüquq, beynəlxalq münasibətlər və ictimai elmlər sahəsində lider universitetlərdəndir.

Türkiyənin ən yaxşı özəl universitetləri 

Koç Universiteti (Koç Üniversitesi). Ən yüksək təhsil haqqına sahib olsa da, keyfiyyət baxımından Türkiyənin ilk üçlüyündə yer alır. İngilis dilli təhsil və dünya reytinqlərində nüfuzu ilə seçilir.

Sabancı Universiteti. Tədqiqat yönümlü yanaşması, tələbə mərkəzli proqram quruluşu və interdisiplinar imkanları ilə fərqlənir.

İstanbul Bilgi Universiteti. Yaradıcı sahələr və sosial elmlər üzrə tanınır. İngilis dilində tədris olunan proqramların sayı çoxdur.

Başkent Universiteti. Tibb və səhiyyə sahələrində ixtisaslaşmışdır. Klinik və laborator infrastruktur baxımından güclüdür.

Acıbadem Universiteti. Səhiyyə sahəsinə fokuslanan özəl universitetlərdən biridir. Tibb təhsili üzrə beynəlxalq proqramları ilə seçilir.

Dövlət və özəl universitetlərin oxşar cəhətləri

  • Hər iki kateqoriyadakı universitetlər YÖK (Yüksəköğretim Kurulu) tərəfindən akkreditə olunur və beynəlxalq səviyyədə tanınır.
  • Ən yaxşı universitetlər həm dövlət, həm də özəl sektorda tədqiqat mərkəzlərinə, erasmus və ikili diplom proqramlarına, eləcə də keyfiyyətli tədris üçün müasir laboratoriyalara malikdir.
  • İngilis dilli tədris, xarici professor heyəti və beynəlxalq əməkdaşlıqlar baxımından seçilən dövlət və özəl universitetlər arasında ciddi fərq yoxdur.

Türkiyədə təhsil almaq üçün hansı daha uyğundur?

Dövlət universitetləri daha sərfəli və akademik baxımdan köklü olsa da, qəbul prosesi daha rəqabətlidir. Özəl universitetlər isə daha çevik qəbul siyasəti və müasir təhsil yanaşması ilə tələbələrə alternativ təqdim edir. Burada əsas seçim kriteriyası şəxsi büdcə, akademik məqsədlər və gələcək planlardır.

Belə ki, universitet və proqram seçimi təkcə reytinqlərlə deyil, şəxsi məqsədlər, araşdırma sahələri və akademik dəstək imkanları ilə də ölçülməlidir. Xaricdə təhsil mütəxəssislərimizin tövsiyəsi budur ki, hər zaman etibarlı məlumatlara, müqayisəli analizlərə və planlı yanaşmaya əsaslanın.

Hər bir halda hər iki seçimdə də Türkiyə universitetləri keyfiyyətli təhsili, nüfuzlu universitetlərilə gələcəyiniz üçün ən yaxşı başlanğıclardandır.

Şərh yazın