Skip links

SAT İmtahanı ilə Türkiyədə təhsil

SAT imtahanının əhəmiyyətini günü-gündən artırmağa davam edir. SAT dünya universitetləri tərəfindən ən çox seçilən imtahanlardan biridir. Bundan əlavə, SAT imtahanı verən tələbələrin sayı günü-gündən artır. Baxmayaraq ki əksər universitetlər SAT olmadan da tələbələri qəbul edir, lakin SAT balları olan tələbələrə üstünlük verirlər. Başqa sözlə desək, SAT imtahanı tələbə çevrilib.

Bu gün ona nəzər saldıqda görə bilərik ki, SAT dünyanın ən yaxşı universitetlərinin meyarlarından biridir. Çünki SAT tələbənin məntiq və dil biliyini yoxlayır. Həm professor, həm də SAT müəllimləri hər il bu imtahan suallarını diqqətlə hazırlayırlar.

Əslində bu öhdəlik təkcə xarici tələbələrə aid deyil. Eyni zamanda, Amerika vətəndaşları öz ölkələrində təhsil almaq üçün SAT imtahanı verməlidirlər. Amerika əsaslı imtahan olması buradan irəli gəlir. SAT zamanla Amerikadan bütün dünyaya yayıldı.

SAT İmtahan Sualları hansılardır?

SAT 2 fərqli bölmədən ibarətdir. Hər bölmə öz daxilində müxtəlif mövzulara bölünür. SAT ABŞ-da ildə 7 dəfə keçirilir. ABŞ-dan kənarda bu imtahan cəmi 6 dəfə keçirilir. Orta məktəbi bitirmiş və ya məzun olmuş hər kəs bu imtahanda iştirak edə bilər.

Reasoning Test bölməsi SAT imtahanının ilk bölməsidir. Bu bölmədə tələbələr 3 müxtəlif sahə üzrə qiymətləndirilir. Adətən ümumi mövzuları əhatə edən suallar verilir. Bu bölmələr bunlardır:

    • Oxuma və anlama
    • Analitik Yazı – Qrammatika
    • Riyaziyyat və həndəsə

Xaricdəki universitetlər tələbələrdən hər 3 hissəni tələb edir. Hər universitetin fərqli qəbul balı var. SAT imtahanında maksimum bal 1600, minimum bal isə 1060-dır. İmtahanın bu hissəsi üçün tələbələrə ümumilikdə 3 saat 45 dəqiqə vaxt verilir. Lakin Türkiyə universitetləri imtahanın esse hissəsini nəzərə almır.

Türkiyədə SAT tələb edən universitetlər arasında Boğaziçi, ODTÜ, Koç və Sabancı kimi universitetlər yer tutur. SAT istəməyən universitetlər xarici tələbələr üçün YÖS adlanan və xarici tələbələr üçün xüsusi hazırlanmış imtahanları verməlidir. Bundan əlavə, əgər tələbələr SAT imtahanından yaxşı nəticə əldə etmək istəyirsə, ən azı Upper Intermediate səviyyəsində ingilis dili bilməlidir. Universitetlərin SAT üzrə tələb etdikləri minimal qəbul balı fərqlidir. Adətən, 1200 və daha yuxarı nəticə əldə etmiş tələbələrin müraciəti nəzərə alınır.

SAT ilə Türkiyədə təhsil

SAT (Scholastic Aptitude Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyən Amerikan və xarici vətəndaşlar üçün götürülən bir imtahan olaraq yaranmışdır. Daha sonra digər ölkələrdə bu imtahandan istifadə etmişlər hal-hazırda isə Azərbaycanlı gənclər SAT imtahanı vasitəsilə Türkiyənin prestijli dövlət universitetlərinə qəbul olmaq üçün daha da məhşurlaşmışdır. Azərbaycanda isə TQDK ilk dəfə olaraq 2015 ci ilin yanvar ayının 24 – də imtahan götürmüşdür, bundan öncə isə başqa bir sıra qurumlarda bu imtahanı həyata keçirmişdir. 2023-cü ildə isə artıq SAT imtahanları kağız üzərində deyil, yeni Digital formada təqdim olunur.

 

SAT Nədir

 

İlk öncə  SAT imtahanı SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür. Bunlar arasındakı fərqləri izah edək.

SAT 1 – “Reasoning Test” bu imtahan 3 saat 45 dəqiqə sürən test imtahanıdır. Tələbənin riyaziyyat və məntiqinin yoxlamasından ibarətdir. SAT 1, “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarətdir. Hər bir hissə isə 200-800 arası balla qiymətləndirilir. Amerika universitetlərinə qəbul olmaq üçün bu 3 bölmənin hər birindən imtahan verməlisiniz, lakin Türkiyə universitetləri üçün “Riyaziyyat” və “Critical Reading” bölmələrindən imtahan vermək kifayət edir “Writing” bölməsinə gərək yoxdur. Türkiyədə orta səviyyəli bir universitetə qəbul olmaq üçün hər iki bölmədən bir yerdə 1200 baldan yüksək yığmalısınız məsələn İstanbul universiteti 1250 bal tələb edir.

SAT 2 “Subject Test” isə 1 saatlıq bir test imtahanıdır. Bu bölmədə isə suallar daha çox seçmə fənnlərdən ibarətdir. İmtahanın əsas məqsədi tələbənin hər hansı bir mövzuda akademik biliyinin yoxlanması məqsədini daşıyır. Yenə SAT 1 – də olduğu kimi SAT 2 imtahanındada həmçinin suallar 200-800 bal arası dəyişir. SAT 2 – də fənnlər İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çİn dillərindən ibarət sizə uyğun birini seçə bilərsiniz, təbiiki SAT 2 fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almalısınız. Və yadda saxlayın Amerikanın bir çox universitetlərinə sadəcə SAT 1 imtahanı verməklər qəbul ola bilərsiniz, lakin daha prestijli universitetlərə qəbul üçün SAT 2 verməniz vacibdir. Türkiyə universitetlərinə qəbul üçün isə SAT 2 imtahanına gərək yoxdur.

Bu məlumatlar College Board (https://www.collegeboard.org/)  rəsmi veb saytından götürülmüşdür.

Hansı universitetlər SAT tələb edir?

Tələbələr SAT imtahanı verməklə dünyanın bir çox universitetlərində təhsil ala bilərlər. SAT imtahanı Amerika, Kanada, Avropa və Türkiyədəki universitetlər tərəfindən qəbul olunur. Türkiyənin bütün özəl universitetləri və aşağıdakı dövlət universitetləri SAT nəticəsi ilə tələbə qəbul edir:

Hacettepe Universiteti – Ankara

OTDÜ (Orta Doğu Teknik Universiteti) – Ankara

Boğaziçi Universiteti – İstanbul

19 Mayıs Universiteti – Samsun

Uludağ Universiteti – Bursa

Marmara Universiteti – İstanbul

İstanbul Universiteti – İstanbul

İTÜ (İstanbul Teknik Universiteti) – İstanbul

Gazi Universiteti – Ankara

Yıldız Teknik Universiteti – İstanbul

 

Hər universitetin ortalama SAT tələbi

Universitet

Minimum SAT Tələbi

Bogazici Universiteti

1450

Orta Doğu Texniki Universiteti (ODTÜ)

1200

Istanbul Texniki Universiteti

1200

Bilkent Universiteti 

1000

Sabanci Universiteti 

1100

Koc Universiteti

1250

Istanbul Universiteti

1200

   
   
   

 

Hansı ixtisaslara SAT tələb olunur?

SAT imtahanı, bütün ixtisaslar üçün keçərlidir, xüsusilə də tibb, mühəndislik, biznes kimi ixtisaslarda tələb olunur. Minimum keçid balı isə ixtisaslara görə dəyişə bilər. Məsələn, Türkiyənin tibb universitetlərinə qəbul üçün ən azından 1450 və üzəri bal tələb olunur. Eyni zamanda mühəndisliklə bağlı ixtisaslarda da rəqabət çoxdür. Biznesin idarə olunması, beynəlxalq münasibətlər kimi ixtisaslara daha aşağı nəticələrlə qəbul olmaq mümkündür.

Hansı dərəcə üzrə SAT tələb olunur və ortalama tələb nə qədərdir?

SAT imtahanı yalnız bakalavr pilləsinə müraciət etmək istəyən namizədlər üçündür. Ortalama bal tələbi universitetə görə dəyişir. Məsələn, Amerikanın top universitetlərinə qəbul üçün SAT balı məcburi olmasa da, ortalama 1450 bal və yuxarı nəticə olması üstünlükdür. Türkiyədə isə ortalama bal tələbi fərqlidir. Məsələn, özəl universitetlərdə 1200 və yuxarı məqbul olsa da, prestijli dövlət universitetlərində bu tələb 1400 və yuxarıdır.

 

SAT imtahanında Uğurlu olmaq üçün nə etmək lazımdır?

1.Araşdırın

Hədəf qoymazdan əvvəl mütləq SAT imtahanı barəsində araşdırmalar edərək imtahan haqqında detallı bilgilər əldə edin. Bundan əlavə müraciət etmək istədiyiniz universitetlər, onların qəbul şərtləri və yerləşdiyi şəhər barədə də araşdırmalar edin. Bu araşdırmalar tam olaraq nə istədiyinizi anlamağa və bu istəyinizi gerçəkləşdirmək üçün plan cızmağa yardım edəcək.

Bundan əlavə imtahanda tələb olunan ingilis dili və riyaziyyatla bağlı bacarıqların hal-hazırda nə qədərinə sahib olduğunuzu da təyin edin. Bu, sizin imtahana hazırlıq üçün nə qədər vaxt ayıracağınıza və hansı bacarıqları təkmilləşdirməli olduğunuzu təyin etməyə yardım edəcək.

2.Hədəf təyin edin

Araşdırmalar sonrasında əldə etdiyiniz nəticələrə əsasən hədəf təyin edin. İmtahana nə vaxt daxil olacağınızı, əldə etmək istədiyiniz yekun nəticəni, hansı ölkədə və universitetdə təhsil almaq istədiyinizi hədəfləyin. Hədəf təyin etmədən hərəkətə keçməsəniz sonda qarşılaşağınız nəticə böyük ehtimalla uğursuzluq olacaq.

3.Planlı və davamlı çalışın

İmtahan nəticəsinə təsir edən əsas faktorlardan biri də planlı və davamlı çalışmaqdır. Yüksək nəticə əldə etmək istəyən hər bir tələbə qurduğu plana sadiq qalaraq davamlı çalışmalı, dil və riyazi biliklərini inkişaf etdirmək üçün təkrar təkrar tapşırıqlar yerinə yetirməlidir. Xüsusilə dil biliyinin unudulmaması üçün hər gün öz üzərinizdə işləməli və bacarıqlarınızı inkişaf etdirməlisiniz. Bu müddət ərzində etdiyiniz səhvlərin üzərində təkrar-təkrar çalışaraq nəticə çıxarmalısınız. Disiplindən yayınmaq hazırlıq boyu qazandığınız biliklərin unudulmasına və ya tam olaraq mənimsənilməməsinə səbəb ola bilər. İmtahana vaxtaşırı və qeyri-ciddi şəkildə hazırlaşaraq yüksək nəticə əldə edə bilməzsiniz.

4.Dəstək alın

Hazırlıq mərhələsində dəstəyə ehtiyac duyduqda müxtəlif resurslarla birgə, SAT kurslarına və ya xaricdə təhsil mərkəzlərinə müraciət edə bilərsiniz. Yolunuza ingilis dili və riyaziyyat üzrə ixtisaslaşmış müəllimlərlə davam etməyiniz hazırlıq mərhələsini sizin üçün asanlaşdıra bilər ki, bu da öz növbəsində sərf olunan zamana və yekun nəticəyə öz təsirini göstərəcəkdir.Amma unutmamaq laızmdır ki, hər bir halda yekun nəticə sizdən, imtahana necə yanaşmağınızdan da asılıdır.

5.Sınaq imtahanlarında iştirak edin

Sınaq imtahanları sizin imtahan mühitiylə yaxından tanış olmağınıza və imtahan müddətində qarşılaşa biləcəyiniz müxtəlif çətinlikləri aşkarlamağınıza yardımcı ola bilər. Bundan əlavə sınaq imtahanı vaxtı necə idarə etdiyinizi, hansı bacarıqlara daha çox fokuslanmalı olduğunuzu, stressin idarə olunmasında nə dərəcədə uğurlu olduğunuzu təyin etməyə şans verir.

SAT İmtahanına Ortalama nə qədər müddət hazırlanmalıdır və təkbaşına necə hazırlaşmaq olar?

Ən azı 1 il əvvəl başlayın

SAT imtahanına müxtəlif sahələr və fənnlərdən suallar daxil olduğundan uzun bir təhsil prosesi tələb olunur. Ona görə də özünüzü hazır hiss etdiyiniz zaman imtahana girməyiniz çox vacibdir.

İngilis dili səviyyənizi təkmilləşdirin

İmtahan ingilis dilində keçirildiyi üçün ilk növbədə ingilis dili səviyyənizin yüksək olması gözlənilir. SAT imtahanında yüksək nəticə əldə etmək üçün ingilis dili səviyyənizi inkişaf etdirmək əhəmiyyətli bir addımdır. İmtahanın ingilis dili bölməsi geniş bir lüğət məlumatı, qrammatika qaydalarına hakim olmaq, oxu və yazı bacarıqlarınızı sərgiləmək üçün hazırlıq tələb edir. 

Tədris planı yaradın 

İstədiyiniz təhsil müəssisəsinin tələblərinə uyğun olaraq hədəf balı təyin etmək təhsilə motivasiyanızı artırmaqda çox faydalıdır. Hansı mövzularda  əskik olduğunu görmək, vaxtınızı səmərəli istifadə etmək və planlı şəkildə öyrənmək üçün mütləq bir iş planı qurmalısınız.

Biliklərinizi artırmaq üçün daim praktika edin

SAT oxuyönümlü imtahan olduğundan oxu sürətinizi, qrammatika və lüğət biliklərinizi artırmaq üçün əvvəlki illərdən və ya müxtəlif istinad kitablarından çoxlu sualları həll etmək lazımdır. Bundan əlavə, sadə riyazi əməliyyatları zehni olaraq yerinə yetirməyi vərdiş halına salmaq, imtahanın kalkulyatordan istifadəyə icazə verilməyən riyaziyyat bölməsində vaxtınıza qənaət etməyə imkan verəcək. Nəhayət, imtahanda vaxtın tükənməməsi üçün sualları vaxtı düzgün idarə edərək həll etmək vacibdir.

Keyfiyyətli hazırlıq materiallarından istifadə edin

SAT üçün təhsil almaq üçün istifadə etdiyiniz materialların keyfiyyəti qazandığınız bala və imtahan günündə özünüzü necə hazır hiss etdiyinizə təsir edə bilər. Saytımızda müxtəlif resurslar vardır. Digər resurslara yüksək qiymətləndirilmiş SAT hazırlıq kitabları, proqramlar, onlayn hazırlıq dərsləri və fərdi müəllimlər daxildir.

Oxuma sürətinizi artırın

SAT-ın böyük bir hissəsi sualların tez və dəqiq oxunmasıdır. Xüsusilə Oxu bölməsində əsas məqamların izini itirmədən uzun keçidlərdən sürətlə keçmək istəyirsiniz. Testdəki sualları və hissələri oxumağa sərf etdiyiniz vaxtı azaltmaqla, cavabları düşünmək üçün daha çox vaxtınız olacaq.

 

SAT imtahanının strukturu

Quruluş etibarilə SAT 1 iki hissədən ibarətdir: Reading & Writing (Yazı & Oxu) və Mathematics (Riyaziyyat). İmtahan müddəti 3 saatdır. Reading hissəsi 52 sual olmaqla 65 dəqiqə, Writing hissəsi 44 sual olmaqla 35 dəqiqə davam edir. Reading hissəsində daha çox psixologiya və tarixlə bağlı 5 mətn və hər mətndən isə təqribən 10-11 sual soruşulur. Writing hissəsində əksər hallarda verilmiş yazı səhvlərini müəyyənləşdirib düzgün variantı qeyd etmək tələb olunsa da, bir çox hallarda verilmiş qrafikə uyğun cavablar da tələb edilir.

İkinci hissə olan riyaziyyat, özü də iki hissəyə bölünür. Belə ki, birinci bölmədə kalkulyatordan istifadə qadağandır. Bu mərhələdə kalkulyatorsuz həll edilə biləcək  asanlıqda 20 sual olur və imtahan verənlərə 25 dəqiqə vaxt verilir. İkinci riyaziyyat bölməsində isə 55 dəqiqəlik müddətdə cəbr, verilənlərin təhlili, məsələ həllindən 38 sual olur və elmi kalkulyator istifadəsinə icazə verilir.

SAT 2 imtahanı isə, daha çox, öyrənənlərin bilik və bacarıqlarının daha təkmil olduğunu sübut etmək üçündür. Belə ki, imtahan verənlər 20 mövzu imtahanından öz sahələrinə uyğun olanını seçərək imtahanda özlərini sınaya bilərlər. SAT Subject imtahanı 1 saat davam edir. Lakin burada sual sayı seçilən imtahana görə fərqlilik göstərir. SAT Kimyada 85 sual olduğu halda, SAT Ədəbiyyatda 60 sual olur.

SAT 2 imtahanından keçmək zəruri deyil. Bu o deməkdir ki, universitet qəbulu üçün SAT 1 imtahan nəticəsi kifayət edir. Amma qəbul zamanı rəqabət şərtləri nəzərə alındığı halda SAT 2 nəticəsinin olması üstünlük kimi qəbul edilir.

SAT 1 imtahanında bal aralığı 400-1600 çərçivəsində qiymətləndirilir və hər iki hissə 800 balla ölçülür. İmtahan nəticəsinin hesablanması isə alqoritm əsasında həyata keçirilir. Buna görə də müxtəlif vaxtlarda verilmiş imtahanlarda səhv sayına görə fərqli bal çıxılması mümkündür. Yəni ilk imtahanda 4 səhv ilə 1550 aldığınız halda ikinci dəfə eyni sayda səhvlə nəticəniz 1580 ola bilər. SAT 2’də isə maksimum bal 800dür. 

Nümunə suallar

İmtahan harada, necə keçirilir və qədər davam edir?

İmtahan dünyanın istənilən ölkəsində, eləcə də Bakıda və Naxçıvanda da keçirilir. Kağız üzərində SAT imtahanı 3 saat davam edirdi, lakin yeni Digital SAT 2 saat 15 dəqiqə davam edir. Digital SAT imtahanı verən tələbələr, öz noutbuk və ya planşetlərini imtahan mərkəzinə gətirməli, imtahana girməzdən əvvəl BlueBook proqramını yükləyib imtahana qeydiyyatdan keçməlidir. Qeydiyyat isə imtahandan 1 həftə əvvəl açılır. 

Qüvvədə olma müddəti 

SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir. İmtahana qeydiyyatı (http://sat.collegeboard.com/) saytına daxil ola bilərsiniz bütün ətraflı məlumatları əldə etmək mümkündür. Tələbə istəsə, bütün imtahanlarda iştirak edə bilər. İmtahanda iştirakla bağlı hər hansı məhdudiyyət yoxdur. Keçərlilik müddəti isə 2 ildir.

Universitetlər SAT ilə yanaşı, tələbələrdən bakalavr təhsili üçün təhsil alacağı proqramın dilinə uyğun olaraq dil sertifikatı – IELTS, TOEFL, PTE və ya TÖMER imtahanlarından birini verməlidirlər. Bununla yanaşı, xarici pasport, attestat və son 3 ilin qiymət transkripti, portfolio (tələb olunarsa) və digər sənədlər tələb oluna bilər.

 

Şərh yaz