Skip links

Londonda Təhsil Almaq Üçün 7 Səbəb

1. Mədəni müxtəliflik

London, son 100 ildə Avstraliya, Yeni Zelandiya, Malta, Kanada, Hindistan, Pakistan və Sinqapur kimi Birlik ölkələrindən və Avropa Birliyi ölkələrindən gələn immiqrantların məskunlaşdığı multikultural, müxtəlif və müasir şəhər kimi meydana çıxıb. Bu gün Londonda gəzərkən siz 300-dən çox dil və ləhcə eşidə bilərsiniz və özünüzü hər cür dinlərin, etnik mənsubiyyətlərin, cinsi oriyentasiyanın, siyasi baxışların və millətlərin əhatəsində tapa bilərsiniz. 8 milyondan çox insanın yaşadığı şəhərdə şəhərin fərqli bir yerinə səyahət edərkən özünüzü başqa ölkədə hiss edəcəyiniz şübhəsizdir. Çünki hər bölgənin rəngləri, festivalları, mətbəxinin müxtəlifliyi və içəri girdiyiniz anda sizi valeh edən ənənəvi geyim tərzləri var.

2. Gəzmək üçün məşhur yerlər

1000-dən çox muzey və incəsənət qaleriyası, 120-dən çox kitabxana və 40-dan çox teatrı olan bir şəhər kimi London öz ziyarətçilərinə unikal təcrübə və xoş mühit təklif edir. Təkcə Britaniya Kitabxanasında 150 milyon kitab olduğunu və hər il 3 milyon yeni əsərin əlavə olunduğunu düşünmək belə, ağlınızı itirməyə səbəb ola bilər. Turizm nöqteyi-nəzərindən London ziyarət edə və darıxmadan ziyarət edə biləcəkləri zənginliyi ilə gələnləri və bir çoxunu filmlərdə, səyahət proqramlarında, kitablarda və ya internetdə asanlıqla rastlaşa biləcəyiniz simvollarla qarşılayır. Bunlara min ilə yaxındır dayanan London qülləsi, Big Ben, Tower Bridge, 135 metr hündürlükdə London Eye, Bukingem Sarayı, Westminster və dünyanın aparıcı rəssam və heykəltəraşlarının məskəni olan Britaniya Muzeyi və Tate Modern daxildir. Eyni zamanda, Kral Opera Evi, London Filarmoniyası və Simfonik Orkestr musiqisevərlər üçün qaçırılmaz məkanlardır.

3. Böyük tələbə əhalisi

London hər il 200-dən çox ölkədən 100.000-dən çox beynəlxalq tələbəyə ev sahibliyi edir. Bu səbəbdən əhalinin böyük bir hissəsini həm də tələbələr təşkil edir və möhtəşəm memarlıq strukturları ilə diqqət çəkən London universitetlərinin kampuslarında, xüsusən də mərkəzdə diqqətəlayiq sıxlıq var. Londonda həyat izdihamlı əhalisi ilə sizi qorxuda bilər, lakin o, sizi sıx şəhər atmosferindən sonra dincəlmək üçün sakit yaşıllıqlar və baxımlı parklar təklif edir. London bir xarici tələbə kimi araşdırmaq üçün bir çox maraqlı təcrübələr təqdim edir.

4. İngilis dilini öyrənmək şansı

London, şübhəsiz ki, ingilis dilini öyrənmək və ya təkmilləşdirmək üçün dünyanın ən yaxşı şəhəridir. Şəhərdəki çoxsaylı dil məktəbi və universitetləri sonsuz imkanlarla dolu olsa da, ətrafınızdakı hər kəsin ingilis dilində danışması üçün yaxşı şans verir. Dünya miqyasında uğurlu karyera üçün lazım olan səlis ingilis dili biliyinə sahib olacağınız şəhər həm də təcrübə və part-time iş zamanı ingiliscəni mənimsəməyə imkan verir.

5. Zəngin iş imkanları

London dünyanın maliyyə paytaxtlarından biri kimi Böyük Britaniyanın iqtisadiyyatının güclənməsində ən mühüm amildir və buna görə də Londonda bir universitetdə təhsil almaq tələbələrə maliyyə, moda, elm, media və biznes də daxil olmaqla bir çox sahədə arzuladığı karyera təklif edəcək. Bu gün BBC, Penguin və HSBC kimi beynəlxalq miqyasda zəngin təşkilatların vətəni olan Londanda təhsil almaq tələbələri dünya miqyasında tanınır və təcrübə və işə yerləşdirmə imkanları ilə heyran buraxır və siz həmçinin London məzunu kimi yüksək maaşları gözləyəcəksiniz.

6. Pulsuz ediləcəklər siyahısı

Londonda təhsil və yaşayış xərclərinin yüksək olması danılmaz faktdır. Çünki Böyük Britaniyada təhsil haqları beynəlxalq tələbələr üçün təhsil alacaqları bakalavr və magistr dərəcəsindən asılı olaraq ildə 7.000£ ilə 39.000£ arasında dəyişir və siz isə yaşam xərcləri üçün 12.000£ xərcləməlisiniz. Ancaq yüksək ödənişlərdən qorxmamalısınız, çünki İngiltərə əcnəbi tələbələrə ən geniş təqaüd imkanları verən ölkələrdən biridir. Eyni zamanda, Londonda yaşam xərclərinə qarşı tələbə büdcənizə töhfə verəcək pulsuz və ya aşağı qiymətli imkanlara nəzər sala bilərsiniz. Şəhərdaxili nəqliyyat üçün velosipedləri seçə və ya metroda və digər nəqliyyat vasitələrində tələbələrə 30% endirim təklif edən səyahət kartları üçün müraciət edə bilərsiniz. Bundan əlavə, Londonda pulsuz görüləcək saysız-hesabsız fəaliyyətlər var.

7. Böyük nəaliyyətlər

Londonda bu günə qədər böyük nəaliyyətlərin və kəşflərin şahidi olan universitetlər var. 70 Nobel mükafatçısının Londonla əlaqəsi şəhəri əlaə təhsil məkanına çevirib və London universitetləri penisillin, DNT, barmq aizləri də daxil olmaqla müasir həyatı formalaşdıran bir çox ixtiraların qabaqcılları olub.

Şərh yaz