Skip links

Erasmus Proqramı Nədir? | Proqram ilə Hansı Ölkərə Gedə Bilərsiniz?

Xaricdə təhsil almaq arzusu bu gün tələbələr üçün artıq xəyal olmaqdan kənara çıxıb, çünki inkişaf edən texnologiya, ölkələr arasında nəqliyyat asanlığı və kommersiya müqavilələri sayəsində universitet tələbəsi üçün xarici ölkədə təhsil almaq asandır. Son illərdə xüsusilə azərbaycanlı tələbələrin ən çox üstünlük verdiyi tələbə mübadiləsi proqramlarından biri olan Erasmus proqramı və tələbələr üçün əhəmiyyəti ilə bağlı suallara cavab axtardıq!

Erasmus Proqramı Nədir?

Erasmus proqramı 1980-ci illərin sonlarından mövcud olan və Avropa İttifaqı tərəfindən idarə olunan dünyada ən populyar tələbə mübadiləsi proqramıdır. Erasmus proqramı bakalavr tələbələri üçün xaricdə təhsil və təcrübə imkanlarından əlavə, magistr və doktorantura səviyyələri və professor-müəllim heyəti üçün layihələri də əhatə edir. 3-12 ay davam edən proqrama 37 ölkədə 4000-dən çox ali təhsil müəssisələri daxil olmaqla, İspaniya Almaniya və Fransa isə beynəlxalq tələbələrin ən çox üstünlük verdiyi ölkələr sırasındadır.

Erasmus Proqramının Məqsədi Nədir?

Proqramın məqsədi Avropa İttifaqı ölkələri və namizəd ölkələrin ali təhsil müəssisələrinin əməkdaşlığını təşviq etməklə universitetlərarası təhsilin keyfiyyətinin artırılmasına və inkişafına töhfə verməkdir. Eyni zamanda, ölkələr arasında mübadilələr sayəsində tələbələrə xaricdə təcrübə keçmək, müxtəlif mədəniyyətlər və həyat tərzləri ilə tanış olmaq və öyrənmək imkanı yaradılır.

Erasmus tədqiqat layihələri, akademik kurikulumların hazırlanması, təhsil, tələbələrin və professor-müəllim heyətinin maliyyə xərclərini əhatə etməklə, Avropadakı universitetlər arasında mobilliyi artırır. Bu baxımdan, Eramusa müraciət edəcəksinizsə, proqramın nə olduğunu, necə edildiyini, hansı ölkələri əhatə etdiyini və faydalarını araşdırmaq vacibdir.

turkiyede tehsil 2022

Erasmus Proqramının Faydaları Nələrdir?

Avropada yaşayan bütün tələbələr üçün ən populyar mübadilə proqramı olan Erasmus tələbələrə geniş kurs və təhsil proqramları təklif etməklə yanaşı, proqramın faydalarını aşağıdakı kimi sadalaya bilərik:

  • Xaricdə təhsil almaq istəyən tələbələr üçün Erasmusun bir parçası olmaq, xarici ölkədə məhdud müddətə də olsa yaşamaq təcrübəsi qazanmaq və yeni insanlarla tanış olmaq deməkdir.
  • Səfər etdiyiniz ölkədə xarici dilinizi təkmilləşdirmək, sizin kimi müxtəlif Avropa ölkələrindən olan tələbələrlə təcrübə keçmək və öyrənmək imkanınız olacaq.
  • Erasmus Proqramı ilə siz gələcək karyera planlarınızı üçün mühüm bir addım atmış və CV-nizə əlavə etmək üçün yaxşı təcrübə qazanmış olacaqsınız. Unutmayın ki, işəgötürənlər xaricdə təhsili və iş təcrübəsi olan işçilərə daha çox rəğbət bəsləyirlər!
  • Və təbii ki, ən yaxşı tərəfi odur ki, inkişaf etmiş sosial mühitdə unudulmaz təcrübə keçirib, dostluq dairəsi qazanırsınız. Eyni zamanda, Erasmus ilə siz ölkənizin hüdudlarından kənarda hər zaman ziyarət edə biləcəyiniz və sizi ziyarətə gələcək insanlarla tanış olursunuz.

Erasmus Proqramı ilə Hansı Ölkələrə Gedə Bilərsiniz?

Erasmus Proqramı ilə gedə biləcəyiniz 37 ölkə var, burada universitet həyatınızın ən rəngarəng və həyəcanlı təcrübələrini yaşaya bilərsiniz. Hər ölkə və şəhərə görə alacağınız Erasmus haqları və nəqliyyat xərclərinə görə dəyişə bilər. Bu baxımdan, Danimarka və Finlandiya kimi ölkələrdə yaşayış xərclərinin yüksək olması bu ölkələrin əvəzinə Polşa və Estoniya kimi ölkələri seçməyinizi tələb edə bilər.

Müraciət etməklə Erasmus Proqramında iştirak etmək hüququ qazanan tələblər müqavilə bağladıqları ölkələrdən və universitetlərdən özlərinə uyğun olanı seçirlər. Bu mərhələdə tələbə Erasmus Proqramı ilə nə etmək istədiklərini sadalayaraq qərar verməlidir. Yaxşı təhsil almaq, xarici dil inkişaf etdirmək, yeni yerlər görmək və mədəniyyətləri tanımaq ən bariz olanlardır.

Şərh yaz