Skip links

Almaniyada Tələbə Yerləşdirmə Seçimləri – Almaniyada Təhsil

Əgər Almaniyada təhsil almaq arzusundasınızsa, yaşayış yerini təşkil etmək sizə bağlıdır və siz bu halda diqqətlə planlaşdırma aparmalısınız. Böyük Britaniya, Avstraliya və ABŞ kimi təhsil üçün tez-tez seçilən ölkələrdən fərqli olaraq, Almaniya universitetləri sizə yaşam yeri tapmaqda kömək etməyəcək. Bəzi tələbə qrupları yaşam yeri tapmaqda kömək təklif edə bilər, lakin bütün digər seçimlərlə siz təkbaşınasınız, xoşbəxtlikdən, İstanbul Group komandası olaraq sizə kömək etmək üçün buradayıq!

Aşağıda 3 əsas tələbə yaşam variantlarını, orta qiymətləri, yerləşdirmənin təşkili üçün ən faydalı veb saytları və digər vacib məsələləri ətraflı şəkildə izah etdik.

Tələbə yataqxanaları

Beynəlxalq tələbələrin 40%-dən çox tələbə yataqxanalarında yaşayış – bunlar nisbətən əlverişlidir və digər tələbələrlə də görüşmək üçün əla yerdir. Əslində, bir çox tələbə universitetin birinci ilində tanış olduqları insanlarla ömürlük dost əlaqələri qururlar! Yataqxanalarda yaşam qiymətləri otağın növündən, yataqxananın böyük və kiçik tələbə mənzili olmasından, otağın ölçüsündən, mebelin keyfiyyətindən və kəmiyyətindən asılı olaraq dəyişir. Bir otaq üçün orta qiymət isə ayda təxminən 240€ təşkil edir.

Yataqxanalarda otaq tutmaq üçün müraciət etmək istəyirsinizsə, fakültənizin Tələbə Cəmiyyətinə (studentwerke.de) və ya yaşam yerlərinin təşkili xidməti təklif edən Alman Akademik Mübadilə Xidmətinə müraciət etməlisiniz. Qeyd edək ki, bu tip yaşam yerlərini əvvəlcədən sifariş etməlisiniz.

Ortaq yaşam

Tələbələrin 30%-dən çoxu bu yerləşdirmə variantını seçir və ortaq yaşam bir yerdə yaşamaq istəyən dost qurpları arasında çox yayılmış bir seçimdir. Ortaq yaşam variantında tələbə yerli və ya xarici tələbələrlə birlikdə bir mənzildən istifadə edir. Hər bir tələbə otaq üçün müəyyən ödəniş ödəyir və ümumi sahələr birlikdə istifadə olunur; istilik, internet kimi ehtiyaclar üçün hesab-fakturalar də tələbələr arasında paylaşılır. Bir otaq üçün isə orta qiymət ayda təxminən 280€ təşkil edir. Birgə yaşam yerlərini təşkil etmək üçün siz yerli sənədləri, universitetinizin elan lövhələrini və müvafiq internet səhifələrini yoxlamalı olacaqsınız, çünki ev sahibləri orada reklam edir.

Fərdi yaşam

Tək yaşamağın bəlkə də sizin üçün ən yaxşı seçim olduğuna qərar verə bilərsiniz, lakin bu təbii olaraq ən bahalı seçimdir. Bu halda, siz yenidən yerli qəzetlər və ya internet vasitəsilə mənzil axtarmalı olacaqsınız. Diqqət etməli olduğunuz bir şey icarə müqaviləsidir – müqaviləyə nələr daxil olduğuna əmin olun və bütün mənzili kirayə götürdüyünüz zaman, mebel adətən daxil deyil! Fərdi yaşam üçün isə orta qiymət ayda təxminən 300-500€ təşkil edir.

Diqqət etməli olduğunuz vacib məqamlar və Yaşam məsləhətləri:

  • Almaniyanın qərbindəki şəhərlərdə mənzil və kirayə ehtiyacı şərqdəki şəhərlərdən qat-qat yüksəkdir.
  • Mənzilə ehtiyacın ən çox oldğu dövr qış fəslinin başlanğıcıdır və bu müddət ərzində həqiqətən yer tapa bilmirsinizsə, əksər universitetlər təcili yardım təklif edirlər – əlbəttə ki, bu yardım çox minimaldır və yalnız qısa müddətli rahatlıq təmin edəcəkdir.
  • Xüsusilə qış semestrində qeydiyyatdan keçmisinizsə, yaşayışınızı əvvəlcədən planlaşdırın.
  • Almaniyada yaşam bahalı olduğuna görə, mövcud kirayələri tapmaq üçün sadaladığımız bütün veb saytlarda axtarış edin və diqqətlə araşdırın.
  • Birgə və fərdi yaşam yerlərini təşkil edərkən, icarə müqaviləsini diqqətlə nəzərdən keçirin və nəyin daxil olub olub-olmadığından əmin olun və unutmayın ki, siz həmişə elektrik enerjisi və internet daxil olmaqla, öz hesablarınızı ödəməli olacaqsınız – büdcənizi planlaşdırarkən mütləq bunu nəzərə alın.

Şərh yaz