Skip links

Almaniyada Təqaüdlü Təhsil | Hansı Universitetlər Təqaüd Verir?

Dünyanın ən məşhur təhsil məkanlarından biri olan Almaniya bir çox hörmətli universitetlərə ev sahibliyi edir və ABŞ və İngiltərədən sonra ən çox beynəlxalq tələbə cəlb edən ölkələrdən biridir. Əcnəbi tələbələrdən xüsusilə incəsənət, elm və mühəndislik sahələrində üstünlük verdiyi ölkədə dövlət universitetlərində bakalavr təhsili pulsuzdur, ancaq ölkədə qalmaq və aspirantura təhsilinizi davam etdirmək istəyirsinizsə, təhsil haqqını ödəməlisiniz və bu səbəbdən hökumət və universitetlər beynəlxalq tələbələri dəstəkləmək üçün çoxlu maliyyə dəstəyi təklif edirlər. Gəlin Almaniyada təqaüdlə təhsil verən universitetlərə nəzər salaq!

almaniyada teqaudlu tehsil

Berlin Humboldt Universiteti

Almaniyada təhsil almaq istəyən beynəlxalq tələbələr üçün 1818-ci ildə qurulan Humboldt Universiteti zəngin tədqiqat təqaüdləri və kompüter elmlrəri üzrə magistr proqramları ilə diqqət çəksə də, Berlinin ən qədim təhsil ocağı olması ilə də xüsusi əhəmiyyətə və nüfuza malikdir. Humboldt Universiteti istedadlı gənc tədqiqatçıları dəstəkləmək üçün xüsusi olaraq maliyyə dəstəyi təklif edir.

  • Humboldt Araşdırma Track Təqaüdləri; Bunlar Humboldt Universitetində və ya xaricdə başqa bir universitetdə təhsil alan və doktoranturasını davam etdirəcək uğurlu tələbələrə təklif olunan təqaüdlərdir. Maliyyə təqaüdü ildə 4 dəfə maksimum 6 ay müddətində alına bilər və istisna hallarda daha 6ay uzadıla bilər.
  • Caroline von Humboldt-Grants; Gənc qadın təqdiqatçıları dəstəkləmək üçün Humboldt Universitetində doktoranturada təhsil alan uğurlu qız tələbələr üçün dissertasiyalarını tamamlamaq üçün təqaüdlər verilir və 9 ay müddəti əhatə edən təqaüdü əldə etmək üçün bu müddət ərzində tezisinizi tamamlamalısınız.

ESMT Berlin Universitet

2002-ci ildə Almaniyanın 25 aparıcı şirkət və qurumları tərəfindən təsis edilmişdir və ESMT MBA təqaüd proqramı beynəlxalq karyera arzuları olan tələbələrə çoxlu sayda qismən təhsil qrantları və məhdud sayda tam təhsil təqaüdü təklif edir. Maliyyə dəstəyi axtaran tələbələr MBA proqramına onlayn müraciət etdikdə avtomatik olaraq istənilən mövcud təqaüd almaq hüququ qazanırlar, həmçinin Executive MBA proqramına daxil olan və akademik mükəmməlliyə, güclü liderlik təcrübəsinə, şəxsi və peşəkar nailiyyətlərə malik olan tələbələrə ləyaqət əsasında təqaüdlər təklif edir.

Frankfurt Maliyyə və Biznes Universiteti

1957-ci ildən Almaniyada təhsil almaq istəyən beynəlxalq tələbələr üçün xidmət göstərir. Bank və maliyyə sahəsində Avropanın aparıcı biznes məktəblərində biri olan universitet uğurlu bakalavr və magistr tələbələri üçün çoxsaylı təqaüd imkanları təklif edir. Onların arasında;

  • Frankfurt School Bakalavr Təqaüd Proqramı; Bunlar istedadlı tələbələrə bakalavr təhsili zamanı təklif olunan beynəlxalq təqaüdlərdir. Orta balınız nəzərə alınır.
  • Frankfurt School Magistr Təqaüdləri; Maliyyə və idarəetmə sahələrində magistr proqramlarına müraciət edən namizədlərin uğur səviyyələri və ehtiyacları nəzərə alınır.
  • STIBET Təqaüdləri; Xarici İşlər Nazirliyi və DAAD tərəfindən maliyyələşdirilən təqaüdlər Almaniya vətəndaşı olmayan beynəlxalq tələbələr üçündür. Bunlar məktəbə müraciət edən uğurlu bakalavr və magistr tələbələri üçün təqaüdlərdir.

RWTH Aachen Universiteti

Alman universitetleri mühəndislik üzrə dünyanın ən yaxşı təhsil müəssisələrinə malik olsa da, 1870-ci ildə əsası qoyulan RWTH Aachen Universiteti 40.000-dən çox tələbəsi olan ölkənin ən böyük texniki məktəbidir. RWTH əsasən maşınqayırma, elektrik mühəndisliyi, kompüter mühəndisliyi, fizika və kimya daxil olmaqla ümumilikdə 9 fakültə və 260 institutdan ibarətdir. Universitetdə riyaziyyat, memarlıq, kompüter elmləri, elektrik mühəndisliyi, tibb kimi sahələrdə təhsil alan beynəlxalq tələbərə bakalvr və magistr təqaüdü verən RWTH, tədqiqatçı tələbələr üçün də maliyyə dəstəyi imkanlarına malikdir. Almaniyada təqaüdlə təhsil almaq istəyirsinizsə, ətraflı məlumat üçün rəsmi sayta daxil ola bilərsiz.

Hamburq Universiteti

Xüsusilə elm və mühəndislik sahələrində xaricdə təhsil almaq istəyən beynəlxalq tələbələrin üstünlük verdiyi Hamburq Universiteti 1919-cu ildə qurulub. Almaniyanın ən gənc təhsil ocaqlarından biri olan universitet; Hüquq, siyasət, sahə tibb və təbiət elmləri sahələrində çoxsaylı bakalavr və magistr proqramları təklif etməklə yanaşı,tədqiqat və təhsil sahəsində milli və beynəlxalq aparıcı qurumlarla əməkdaşlıq edir. Hamburq Universiteti ən azı iki semestr bakalavr və magistr proqramlarına daxil olan görkəmli beynəlxalq tələbələrə və tədqiqatçılara onların maliyyə ehtiyaclarını və nailiyyət səviyyəsini nəzərə alaraq Merit Təqaüdü təklif edir.

Şərh yaz