Skip links

Türkiyədə iş imkanları

Türkiyə – Azərbaycan arasında olan ölkələr səviyyəsində qardaşlıq əlaqəsi, dil bənzərliyi və ən əsası iki xalq arasında mənəvi yaxınlıq, sizə orada özünü vətəninizdə olduğu kimi rahat hiss etmə imkanı verəcəkdir.

Türkiyədə işləmək üçün icazə haqqında müraciəti həm Türkiyənin özündə, həm də hal – hazırda yaşadığınız ölkənizdə yerləşən konsulluq vasitəsilə edə bilərsiniz. Müraciət zamanı əmək müqaviləsi və işədüzəlmə haqqında əmr də təqdim edilməlidir.

Türkiyədə olan işəgötürən də öz növbəsində, elektron ərizə verməli və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə lazım olan bütün sənədlərlə birlikdə məlumatları təqdim etməlidir. Nazirlik tərəfindən müraciətə baxıldıqdan sonra :

Yaşadığınız ölkədəki Konsulluğa müsbət və yaxud mənfi cavab göndərilir, konsulluq tərəfindən də müraciətçiyə iş icazəsinin verilib və verilməməsi barədə məlumat ötürülür;

Müraciət edən şəxs Türkiyədədirsə, Nazirlik tərəfindən müraciətçiyə və işəgötürənə lazımı məlumatlar verilir.

Türkiyədə işləmək üçün işçi vizasını necə almalıyıq ?

         Əgər sizin Türkiyədə işləmək üçün etdiyiniz müraciət qəbul edilibsə, bu halda siz 180 gün ərzində Türkiyəyə giriş etmiş olmalısınız. Bunun üçün də ilkin olaraq Türkiyədə işləmək üçün işçi vizası alınmalıdır. Bu haqda ətraflı məlumat əldə etmək üçün saytımızda olan bu məqalədən faydalana bilərsiniz.

Türkiyəyə gəldikdən sonra azərbaycanlılar necə qeydiyyata düşə bilər ?

         Türkiyədə işləməklə bağlı icazə və viza aldıqdan sonra, azərbaycanlılar birbaşa olaraq 20 gün ərzində Əhali və Vətəndaşlıq məsələləri üzrə Ümumi İdarədən qeydiyyatdan keçməlidir.

Türkiyədə yaşamaq üçün “Oturma izni” necə alınmalıdır ?

         İşçi vizası ilə Türkiyəyə gələn hər kəs 30 gün ərzində oturma izni əldə etməlidir. Sizin tərəfinizdən elektron müraciət daxil olduqdan həmən sonra, siz zəruri olan bütün sənədlərlərlə  birlikdə miqrasiya xidmətinə (Göç İdaresi) müraciət etməlisiniz.

Türkiyədə bir neçə formada “oturma izni” mövcuddur. Bunlar arasında işləmək məqsədi ilə gələnlər üçün ən uyğun olan uzunmüddətli və qısamüddətli oturma izinləridir. Qısa müddətli oturma izni 2 ildən artıq verilmir. Oturma izninin uzadılması ilə bağlı müraciət isə, sadəcə onun müddətinin başa çatmasına 60 gün qalmış verilə bilər.

Uzunmüddətli oturma izni əldə etmək üçün Türkiyədə ən azı 8 il daimi şəkildə yaşamalısınız.

Oturma izni əldə edildikdən sonra işçi, Türkiyədən,yenidən viza almaq ehtiyacı olmadan, istədiyi qədər ölkədən çıxa və geri dönə bilər.

Türkiyədə yaşamaq üçün hansı dilləri bilmək faydalıdır ?

         Əlbəttə ki, ölkələrimiz arasında olan dil yaxınlığını nəzərə alsaq , azərbaycanlılar üçün Türkiyədə dil problemi yaranmadan işləmək mümkündür. Ancaq əlavə olaraq azərbaycanlıların Türkiyədə iş tapmaqda ən böyük üstünlüyü rus dilini bilməsidir. Rus dilli istənilən azərbaycanlı Türkiyədə ən aktual və gəlirli sahələrdən olan turizm sektorunda çalışa bilər.

         Türkiyədə olan turistik mərkəzlərin əsas ziyarətçilərinin böyük bir hissəsinin məhz Rusiya, Ukrayna kimi rus dilinin işlək olduğu ölkələrdən olması , bu sahədə rus dilli azərbaycanlıların işləməsi üçün ideal şərait yaradır. Əlbəttə ki, turizm sahəsində çalışmaq istəyən azərbaycanlıların ingilis dili biliyi də çox önəmlidir.

         Türkiyədə turizm sahəsindən başqa sahələrdə çalışmaq istəyən Azərbaycanlılar yuxarıda qeyd edildiyi kimi rahat şəkildə, dil problemi yaşamadan işləyə bilər.

Şərh yaz