Skip links

Türkiyə universitetlərinə DİM imtahanı ilə qəbul

Türkiyə universitetlərinə YÖS, attestat, SAT imtahanı ilə qəbul mümkün olduğu kimi Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda topladığınız bal ilə də qəbul ola bilərsiniz. İmtahanda topladığınız bala görə qəbul olunduğunuz universitetin keyfiyyəti də arta və ya azala bilər. DİM imtahanında topladığınız bal ilə yalnız dövlət universitetlərinə qəbul ola bilərsiniz.

İstanbul, İzmir və Ankara universitetləri DİM  balını praktikada qəbul etmirlər.  DİM imtahan balını qəbul edən universitetlər bunlardır: ODTÜ, Yıldırım Beyazit, On dokuz mayıs.  Ona görə də YÖS və SAT I tələbələrinin şansı çox olur və qəbul üçün bu imtahanlardan birinə hazırlaşsanız məsləhətdir.

600 və üzəri bal topladığınız zaman siz Mühəndislik, Tibb, İqtisadiyyat kimi fakültələrə də qəbul ola bilərsiniz.

Hansı universitetlər DİM imtahanı ilə qəbul edir?

Türk Təhsil Qanununa görə universitetə qəbul olmaq istəyən hər bir xarici vətəndaş giriş imtahanı verməlidir. Giriş imtahanı YÖS, SAT I, SAT II və ya TQDK ola bilər və bu əsasən dövlət universitetləri üçün keçərlidir. YÖS və SAT I demək olar ki, bütün universitetlərdə keçərlidir, amma bəzi dövlət uniləri SAT I istəməyə bilər. Məsələn, İstanbul universiteti, Dokuz Eylül universiteti, Ege universiteti SAT qəbul etmir. YÖS tələb edirlər. Bəzi universitetlər də var ki, YÖS qəbul etmir, SAT I ilə qəbul edirlər. Bura əsasən reytinqli universitetlər daxildir. Hacettepe, ODTÜ, Gazi, Mimar Sinan,İstanbul teknik və s. universitetlər. Universiteti seçmədən öncə bizim İçəri Şəhər ofisi ilə əlaqə saxlaya bilərsiniz. TQDK gəldikdə qanunən bu keçərli olsa da demək olar ki çox İstanbul, İzmir və Ankara universitetləri TQDK balını praktikada qəbul etmirlər. TQDK qəbul edən universitetlər bunlardır: ODTÜ, Yıldırım Beyazit, On dokuz Mayıs.  

Şərh yaz