Rusiyada İmtahansız Bakalavr Təhsili
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə Rusiya Kanada, Yaponiya, İsrail və ABŞ-ı geridə qoyaraq dünyanın ən savadlı ölkəsi olmuşdur və rusların yarıdan çoxu ali təhsillidir. Hər il dünyanın 168 ölkəsindən 270 mindən çox insan Rusiya universitetlərində təhsil almağa gəlir və buna görə də, Rusiyada təhsil almağın bir çox üstünlükləri var. Onlardan bir neçəsini təqdim edirik:
Universitet təhsilinin əsas xarakteri
Rusiyada hər sahədə dərin və əsas biliklər əldə edə bilərsiniz və bununla belə, ölkə təbiət elmləri, fizika və riyaziyyat kimi güclü məktəbləri ilə məşhurdur. Rusiya dövləti riyaziyyatçılar, fiziklər, kimyaçılar, geoloqlar, mühəndislər, proqramçılar və digət təbiət elmləri mütəxəssislərinin hazırlanmasında tanınmış dünya lideridir.
[bizimleelaqe]
Universitetlərin və təhsil proqramlarının geniş seçimi
- Kalininqraddan Vladivostoka qədər ölkənin 82 regionundan 741 universitet
- Riyaziyyat və elmdən tutmuş aktyorluq sənətinə qədər 400-dən çox təhsil proqramı
- 650-dən çox bakalavr, magistratura, ixtisas, doktorantura və assistent proqramları.
Təhsilin keyfiyyəti ilə qiymətlər arasında optimal əlaqə
Rusiya universitetlərində ödənişli ABŞ, Kanada və Böyük Britaniya universitetləri ilə müqayisədə, xeyli ucuzdur və təhsil baxımından Rusiyanın aparıcı universitetləri Qərb təhsil müəssisələri üçün layiqli rəqibdir. 2020-ci ildə Rusiya universitetlərində tam zamanlı bakalavr proqramlarında təhsilin dəyəri (Rusiya Federasiyanın Elm Nazirliyi və Ali Təhsil Şurası tərəfindən müəyyən edilmiş standartlara uyğun olaraq) ildə 83 min rubldan (1186 dollar) başlayır.
Tək Attestatla və İmtahansız Rusiyada Bakalavr Təhsili
İmtahansız xaricdə təhsil almaq demək olar ki, hər bir gəncin arzusudur xüsusilədə, tələbələrin gələcək qayğılarını və imtahan qorxularını nəzərə alsaq, bu fürsətin universitet arzularının gərçəkləşməsi yolunda atılan ilk və ən möhkəm addım olduğunu söyləyə bilərik. Hər daim tələbə namizədlərini düşünən xaricdə təhsil bələdçiniz olaraq, sizlər üçün tək attestatla və heç bir imtahan vermədən Rusiyanın ən qabaqcıl və prestijli universitetlərində istədiyiniz ixtisas üzrə pulsuz bakalavr təhsili almaq fürsəti təklif edirik!
[bizimleelaqe]
Rusiyada təhsil almaq üçün hansı sənədlər tələb olunur?
Rusiya universitetlərində təhsil almaq istəyən namizədlərin edəcəkləri ilk iş qəbul müraciətində tələb olunan sənədləri hazır etməkdən ibarət olmalıdır. Sənədlərin hazırlanması üçün Rusiya Federasiyasının bir konsolloğuna müraciət edə bilərsiniz, lakin Rusiya dövləti ilə Azərbaycan dövləti arasında imzalanan müqaviləyə əsasən universitetlərə müraciət etdiyiniz sənədləriniz avtomatik olaraq qəbul edilir və bununla yanaşı, Rusiya universitetlərinin bakalavr proqramlarına qəbul olunmaq üçün tələbə namizədlərdən tələb olunan sənədləri aşağıdakı kimi sadalaya bilərik:
- Attestat sənədi
- Xarici passport
- Doğum haqqında şəhadətnamə
- 3×4 ölçüdə olan 6 ədəd fotoşəkil
- Xüsusi xəstəliklər üçün tibbi arayış (Hepatit, SPİD və s.)
Bakalavr Proqramında Hansı İxtisaslara Qəbul Olmaq Olar?
Mühəndislik, iqtisadiyyat, biznes, psixologiya, tibb, beynəlxalq münasibətlər, marketinq, hüquq, jurnalistika, idman və bir çox başqa ixtisas üzrə heç bir imtahana ehtiyac olmadan tək attestat sənədiniz ilə Rusiyanın ən qabaqcıl universitetlərinin bakalavr proqramlarında təhsil ala bilərsiniz. Bu fürsətdən yararlanmaq və ətraflı məlumat almaq üçün elə indi bizimlə əlaqə saxlayın və heç bir imtahan vermədən tək attestatla Rusiyada pulsuz təhsil almağa başlayın.
[bizimleelaqe]