Skip links

Məzun Olduqdan Sonra Fransada Karyera Qurmaq Üçün 7 Səbəb

1. Həftədə 35 saat işləmək

Fransada işləmək istəyənlər üçün ölkədə həftəlik iş vaxtı 35 saatdır. İş-həyat balansını, sağlamlıq imkanlarını və iş imkanlarını nəzərə alan Fransa, Amerika, İngiltərə və Avstraliya kimi ölkələrlə müqayisədə daha sərfəli yaşam və qida xərcləri ilə diqqət çəkir. Ölkədə həftədə 35 saata qədər işləyənlər üçün illik məzuniyyət müddəti 5 həftə, 40 saat işləyənlər üçün isə 10 həftəyə qədər artır. Fransızların “la belle vie” dediyi ölkədə, yeni gözəl həyat, ikiqat maaş, yemək kupunu, ucuz kino və teatr biletləri və iş vaxtında artıq işləyənlərə bayram endirimi kimi bir çox imkanlar sizi gözləyir.

2. Mədəni müxtəliflik

Bu gün Fransa dünyanın bir çox ölkəsindən, xüsusən də Afrika ölkələrindən aldığı immiqrasiya nəticəsində formalaşan zəngin mədəni müxtəlifliyi ilə diqqət çəkir. Sosial həyatdan kulinariya mədəniyyətinə, memarlıqdan sənət fəaliyyətlərinə qədər demək olar ki, hər sahədə hiss edəcəyiniz bu müxtəlifliklə xüsusilə Paris şəhərində rastlaşacaqsınız. Moda, kino, musiqi, ədəbiyyat və rəsm kimi sahələrdə dünyanın ən əhəmiyyətli mədəniyyət mərkəzlərindən biri olan Fransa, beynəlxalq miqyasda məşhur Luv Muzeyi, Pikasso Muzeyi, Champs Elysees küçəsi və Eyfel qülləsi kimi simvolik dəyərlərə malikdir.

fransada tehsil sistemi

3. Avropada Səyahət İmkanı

Tələbələr üçün Fransada karyera, əksər Avropa ölkələrinə və şəhərlərinə asan, ucuz və rahat nəqliyyat təmin etmək deməkdir. Çünki ölkənin coğrafi mövqeyinə görə qatar, təyyarə və avtobus kimi nəqliyyat şəbəkələri ilə İspaniya, İtaliya, Almaniya, Belçika və İsveçrə kimi ölkələrə sürətli keçid imkanı yaradır. Beləliklə, siz Madrid, Barselona, Milan, Münhen və Lüksemburq kimi şəhərlərə səyahət edə, burada uzun müddət tətil edə və ya həftə sonlarını keçirə, yeni insanlarla tanış olub həm sosial, həm də peşekar şəbəkənizi inkişaf etdirə bilərsiniz.

4. Beynəlxalq şirkətlərdə karyera imkanı

Fransada işləmək istəyənlər üçün ölkə; əczaçılıq, kosmetika, şərabçılıq, müdafiə, avtomobil və aviasiya kimi sahələrdə dünya lideridir və Loreal, Renault, Peugeot, Orange, Michelin, AXA, Carrefour, Danone, Airbus və Sanofi kimi beynəlxalq şirkətlərlə tanınır. Fransada işləmək istəyirsinizsə, qarşınızda ən böyük maneə dildir. Beynəlxalq şirkətlərdə ingilis dil biliyi ən vacib tələblərdən biri olsa da, rəqabət mühitində işəgötürənlər üçün azacıq fransız dil biliyinə üstünlük verilir. Ölkədə xüsusilə mühəndislik, informatika, bank işi və inkişaf sahələrində məşğulluq imkanları diqqətəlayiqdir.

5. Paris həmişə sizinlədir

Fransada karyera ilə bağlı ən yaxşı şey Paris kimi füsunkar bir şəhərin yanınızda olmasıdır. Audrey Hepburn 1954-cü ildə çəkdiyi “Sabrina” filmində “Paris həmişə yaxşı bir fikirdir” deyərək şəhərin gözəlliyinə toxunsa da, dünyanın ən romantik filmlərinin ilk dayanacağı həmişə Paris olub. Fransanın moda və mədəniyyət mərkəzi kimi tanınan Paris bu gün Rolan Garros Fransız açıq tennis turniri və Tour de France velosiped turnirinə ev sahibliyi edir və şəhərdə isə nəfəs ala biləcəyiniz 450 park, 1200-dən çox bağ və 470.000 ağac var.

6. Məzun olduqdan sonra iş imkanları

Fransada təhsil alarkən, tələbə vizası ilə həftədə 17.5 saata qədər işləmək hüququnuz var və universiteti bitirdikdən sonra isə Fransada karyera qurmaq istəyənlər üçün şərtlər bir qədər fərqlidir. Əgər Aİ üzv dövlətindən gəlirsinizsə, heç bir icazəyə ehtiyacınız yoxdur, əgər Aİ üzvü olmayan ölkələrdən gəlirsinizsə isə beynəlxalq tələbələr məzun olduqdan sonra işləəyə bilmək üçün magistr dərəcəsinə ehtiyac duyurlar. Fransada 90 gündən çox işləməyi planlaşdırırsınızsa, Fransadakı işəgötürəniniz tərəfindən hazırlanmış əmək müqaviləsinin OFİİ (Fransa Milli İmmiqrasiya İdarəsi) təsdiqlənməsini və uzun müddət ölkənizdəki Fransa Konsulluğuna göndərilməsini gözləməlisiniz.

fransada teqaudle tehsil

7. Ən Populyar İxtisaslar

Məzun olduqdan sonra Fransada karyera qurmaq istəyirsinizsə, kulinariya mədəniyyəti və dəb dedikdə İtaliya ilə yanaşı ilk ağla gələn yerlərdən birinin də Fransa olduğunu deyə bilərik. Paris, Nyu York, Milan və London kimi moda həftələrinə liderlik və ev sahibliyi edən Fransa moda anlayışının inkiaş etdiyi və geyim sənayesinin ilk addımlarının atıldığı ölkədir. Christion Dior və Yves Saint Laurent ilə başlayan moda sənayesi daha sonra Coco Chanel, Louis Vuitton, Jean-Paul Gaultier və Thrierry Mugler kimi markalarla yüksək moda, yəni fərdi dizaynların inkişafı ilə davam etmiş və bu gün dünyanın ən əhəmiyyətli moda markalarına ev sahibliyi edir.

Şərh yaz